Abşeronda ruhanilər və ağsaqqallarla görüş küçirildi















Bu gün Abşeron Rayon İcra Hakimiyyətində rayonun bir neçə ruhanisi və ağsaqqalı ilə görüş keçirilib. Görüşdə Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı qələbədən danışan rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova deyib ki, igidlərimiz öz gücünü və hünərini döyüş meydanında göstərərək düşmənə ağır və sarsıldıcı zərbələr vurdu. Azərbaycanın öz torpaqlarını döyüşərək, düşməni təslim olmağa məcbur edərək azad etdiyini önə çəkən İ.Gülməmmədova deyib ki, II Qarabağ müharibəsindən sonra həm ermənilər, həm onları dəstəkləyən müəyyən dairələr, həm də bütün dünya ölkəmizin gücünü gördü. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli qərarları və iradəsi ilə Azərbaycanın qələbə əldə etdiyini vurğulayan başçı bildirib ki, şəhidlərin, qazilərin və ümumilikdə bütün hərbçilərimizin sayəsində torpaqlarımız işğaldan azad olundu.

Respublikamızda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayan İ.Gülməmmədova bu istiqamətdə “Yaşat” Fondunun gördüyü işlərdən danışıb.

Sonra rayon ərazisində görülən işlərdən, həyata keçirilən abadlıq-quruculuq tədbirləri haqqında geniş məlumat verən İ.Gülməmmədova qarşıda duran vəzifələr və həyata keçiriləcək layihələr barəsində ağsaqqalları məlumatlandırıb.

Tədbirin sonunda rahanilər və ağsaqqallar “Rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə” Fəxri Fərmanlarla təltif olunublar.
Abşeronda ruhanilər və ağsaqqallarla görüş küçirildi
Abşeronda ruhanilər və ağsaqqallarla görüş küçirildi
Abşeronda ruhanilər və ağsaqqallarla görüş küçirildi
Abşeronda ruhanilər və ağsaqqallarla görüş küçirildi


Oxunub: 252

Son xəbərlər

Neft ucuzlaşdı

Almaniya bu ilin sonuna qədər Rusiya neftindən imtina edəcək

İlin ilk Ay tutulması başlayıb

"Qala Sığorta" vətəndaşın pulunu ödəmir - NARAZILIQ!

Qarabağdakı erməni silahlılar tərk-silah edilməlidir - Bunu aradakı anlaşma da zəruri edir...

Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışdı

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Eldar Əzizov onu Aparat rəhbəri TƏYİN ETDİ

Səhiyyə sistemindəki dəyişikliklərlə bağlı RƏSMİ AÇIQLAMA

Niyazi Bayramovun qoçuları Gəncədə MEYDAN SULAYIR... - NARAZILIQ VAR!

İcra Başçısı “Qırmızı Kitab”A Düşən Ağacları Kəsdirir

Əfv Komissiyası 400-dən çox müraciətə baxıb

Müharibə başlayandan Azərbaycan Ukraynaya nə satıb? - SİYAHI

BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ

Ermənistanın yubatdığı DANIŞIQLAR... - "Antiterror əməliyyatı həyata keçirmək lazımdır"

Şəkidə baş həkimin maşınını yandıran Muradın işinin TƏFƏRRÜATI

Cavanşir Feyziyev vəzifəsindən AZAD EDİLDİ

Lukaşenko Rusiyada Putinlə görüşəcək

Gecə 13-15° isti, gündüz 23-25° isti olacaq

Novruz Məmmədovun kürəkəni tanınmış müğənni imiş - FOTO

Hikmət Hacıyev İstanbulda TDT-in toplantısına qatıldı

Azərbaycan Avropaya doğru, amma: dayana-dayana, çəkinə-çəkinə - İNCƏLƏMƏ...

Azərbaycanın ƏN YAŞIL ŞƏHƏRİnin QARA GÜNLƏRİ - Mingəçevirin kim altını-üstünə çevirir...

“Binə” Ticarət Mərkəzinin rəhbəri Vətən müharibəsi qazisinin “belini qırıb” - İLGİNC İDDİALAR...

Ukraynada döyüşlərlə bağlı SON VƏZİYYƏT

MİDA evləri ilə bağlı daha bir SƏS-KÜYLÜ HƏBS - “300 min alıb qaçmaq istəyirdi”

Bu sahədə çalışanların maaşı artdı

Fəzail Ağamalıda bunca sərvət hardandır? - SİYAHI

Azərbaycan neftinin qiyməti 117 dolları ötdü

Əgər Rusiya bizim dostumuzdursa... - Overçuk İrəvana niyə gedib?

Bütün xəbərlər