Pirallahı Rayon İcra Hakimiyyəti təkzib edir


















Rayonumuzda şəhid ailələri və qaziləri narahat edən problemlər dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Pirallahı rayonunda şəhid ailələri, müharibə veteranları və iştirakçılarına xüsusi qayğı göstərilir.

Səfərbərlik Xidməti tərəfindən ehtiyatda olan zabit kimi Vətən müharibəsinə qatılmış İqbal Səfərov Rayon İcra Hakimiyyətində 2 dəfə yüksək səviyyədə qəbul edilmişdir. Torpaqlarımızın erməni işğalçılarından azad olunmasında xidmətlərini nəzərə alaraq İ.Səfərov Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri fərman”la təltif olunmuş və o, səmimi qəbullara və diqqətə görə öz minnətdarlığını bildirmişdir. Bildiririk ki, “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə 2 nəfər Vətən Müharibəsi iştirakçısı işə götürüldükdən sonra İ.Səfərov ordudan təxris olunmuş və Rayon İcra Hakimiyyətinə işlə bağlı şifahi müraciət etmişdir. Qəbullar zamanı o, uzun müddət Naxçıvan Muxtar Respublikasında Gömrük orqanlarında çalışdığını və bundan sonra da orada işləmək istədiyini bildirmişdir. Bununla yanaşı 2 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri Rahim Əliyevin verdiyi məlumata görə o, 2 dəfə Məşğulluq Mərkəzinə müraciət etmiş və ona ixtisasına uyğun işlər təklif edilmişdir. Lakin İ.Səfərov Gömrük orqanlarında işləmək arzusunda olduğunu bildirmiş, təklif edilən işlərdən imtina etmişdir. İ.Səfərov Məşğulluq Mərkəzinin müdiri Rahim Əliyevdən onun Gömrük orqanlarında işlə təmin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin ona bildirilmişdir ki, bu onların səlahiyyəti çərçivəsində deyil və Gömrük orqanlarında işə qəbul müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Qeyd edək ki, İ.Səfərova həmçinin Özünüməşğulluq proqramı çərçivəsində paket sənədlər təqdim edilmiş, Məşğulluq Mərkəzinə gəlməsi tövsiyə edilmişdir.

Bildiririk ki, Rayon İcra Hakimiyyətində 2 nəfərlik xadimə ştatı vardır və həmin ştatlar üzrə xanımlar çalışır. Göründüyü kimi İ.Səfərova süpürgəçi işinin təklif edilməsi absurddur və qeyri mümkündür. Onun Gömrük orqanlarından ayrılmasının səbəbləri bizə məlum deyildir. Bu cür vətənpərvər müharibə veteranının hərəkətləri təəssüf doğurur


Oxunub: 305

Son xəbərlər

Neft ucuzlaşdı

Almaniya bu ilin sonuna qədər Rusiya neftindən imtina edəcək

İlin ilk Ay tutulması başlayıb

"Qala Sığorta" vətəndaşın pulunu ödəmir - NARAZILIQ!

Qarabağdakı erməni silahlılar tərk-silah edilməlidir - Bunu aradakı anlaşma da zəruri edir...

Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışdı

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Eldar Əzizov onu Aparat rəhbəri TƏYİN ETDİ

Səhiyyə sistemindəki dəyişikliklərlə bağlı RƏSMİ AÇIQLAMA

Niyazi Bayramovun qoçuları Gəncədə MEYDAN SULAYIR... - NARAZILIQ VAR!

İcra Başçısı “Qırmızı Kitab”A Düşən Ağacları Kəsdirir

Əfv Komissiyası 400-dən çox müraciətə baxıb

Müharibə başlayandan Azərbaycan Ukraynaya nə satıb? - SİYAHI

BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ

Ermənistanın yubatdığı DANIŞIQLAR... - "Antiterror əməliyyatı həyata keçirmək lazımdır"

Şəkidə baş həkimin maşınını yandıran Muradın işinin TƏFƏRRÜATI

Cavanşir Feyziyev vəzifəsindən AZAD EDİLDİ

Lukaşenko Rusiyada Putinlə görüşəcək

Gecə 13-15° isti, gündüz 23-25° isti olacaq

Novruz Məmmədovun kürəkəni tanınmış müğənni imiş - FOTO

Hikmət Hacıyev İstanbulda TDT-in toplantısına qatıldı

Azərbaycan Avropaya doğru, amma: dayana-dayana, çəkinə-çəkinə - İNCƏLƏMƏ...

Azərbaycanın ƏN YAŞIL ŞƏHƏRİnin QARA GÜNLƏRİ - Mingəçevirin kim altını-üstünə çevirir...

“Binə” Ticarət Mərkəzinin rəhbəri Vətən müharibəsi qazisinin “belini qırıb” - İLGİNC İDDİALAR...

Ukraynada döyüşlərlə bağlı SON VƏZİYYƏT

MİDA evləri ilə bağlı daha bir SƏS-KÜYLÜ HƏBS - “300 min alıb qaçmaq istəyirdi”

Bu sahədə çalışanların maaşı artdı

Fəzail Ağamalıda bunca sərvət hardandır? - SİYAHI

Azərbaycan neftinin qiyməti 117 dolları ötdü

Əgər Rusiya bizim dostumuzdursa... - Overçuk İrəvana niyə gedib?

Bütün xəbərlər