Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bələdiyyə sədrinin bacısı oğlu qazini o qədər döydü ki...komaya düşdü

8-05-2021, 12:27

Bələdiyyə sədrinin bacısı oğlu qazini o qədər döydü ki...komaya düşdü

DogruXeber.az: - Beyləqanda Vətən Müharibəsi qazisinin döyülməsi ilə bağlı polis tərəfindən araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Brədə regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki,qazinin döyülməsi ilə bağlı Beyləqan rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təhqiqat Bölməsində araşdırmalara başlanılıb və ekspertiza təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq Teymur Kərimovu döyən şəxsin Vüsal Abdullayev olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) ilə qərar qəbul edilərək baxılması üçün müvafiq quruma göndərilib.
Qeyd edək ki, qazi T.Kərimovu döyən Vüsal Abdullayev Beyləqan rayonu İmamverdili kənd bələdiyyəsi sədrinin bacısı oğludur.

Zərərçəkmiş hadisə ilə bağlı Lent.az-a danışarkən döyülmə nəticəsində 1 gün komada qaldığını bildirmişdi.

Bu barədə ətraflı məlumatı bir müddət öncə vermişdik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram