Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Xalq artistinin həyat yoldaşı ona şiddət göstərir?

Xalq artistinin həyat yoldaşı ona şiddət göstərir?
8-05-2021, 13:38 224 dəfə baxılıb

Xalq artistinin həyat yoldaşı ona şiddət göstərir?

ARB kanalında yayımlanan "Elgizlə izlə" verilişində gərgin anlar yaşanıb.

DogruXeber.az Sonxeber.az-a istinadən xəbər verir ki, verilişə müraciət edən qadın həyat yoldaşının onu döyməsindən, müxtəlif əziyyətlər verməsindən danışıb. Verilişdə ekspert qismində iştirak edən Xalq artisti Naibə Allahverdiyeva bu sözləri deyib:

"Heç kəsin ailəsinin dağılmasını istəmərəm. Amma bir şeyi də başa düşürəm ki, bir dəfə qalxan əl yenə, daha çox qalxacaq sənə. Biz dünya görmüş insanlarıq. Ətrafımızda da bu hal baş verib, başımıza da gəlib. Əgər səni bir dəfə təhqir edirsə, qədrini bilmirsə, bu hal hər zaman təkrarlanacaq. Kişilərin çox şirin dili var. İnsanı dəyişəcəklərinə inandırırlar. Ancaq onlar heç vaxt dəyişmirlər. Bu faktın şahidi mənəm. Çox belə hadisələr görmüşəm. Mən bunları çox gözəl bilirəm, çünki bir ömür yaşamışam, bilirəm bu şeyləri."

Aparıcının "Bir dəfə danışmışdınız nələrinsə olması barəsində. Yenə davamlı o hallar baş verir? Sənin üzülməyinə pis oluram, kiminsə səni üzməyə ixtiyarı yoxdur. Bir dostun kimi buna imkan vermərəm. Yetər artıq!" sözlərinin müqabilində isə Xalq artisti susub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram