Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Cəza müddəti bitən şəxs necə əfv siyahısına salınıb? - “Əfv haqqı” nə qədərdir?

Cəza müddəti bitən şəxs necə əfv siyahısına salınıb? - “Əfv haqqı” nə qədərdir?
8-05-2021, 14:36 116 dəfə baxılıb

Cəza müddəti bitən şəxs necə əfv siyahısına salınıb? - “Əfv haqqı” nə qədərdir?

DogruXeber.az: - "Prezidentin növbəti humanist - əfv sərəncamı imzalamasından ayyarım keçir. Qarabağ qazisinin 16 yaşa qədəm qoyan oğlunun məktəb yoldaşı qız ilə sevgi mesajlaşmasına görə 5 il sonrakı hökmlə 5 il müddətinə sifarişli həbs cəzasının 4 ilini çəkməsinə və əfv üçün müraciət etməsinə baxmayaraq, bu dəfə də humanist aktdan qıraqda qalıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "İki il qabaq olduğu kimi. Prezident yanında əfv məsələləri komissiyasının katibi Kəmalə xanım İsmayılova “sevgi mesajı” dustağının cəza çəkdiyi 6 saylı cəzaçəkmə müəssisəsinə 2 il qabaq bildirib ki, Füzuli rayonundan məcburi köçkün, Qarabağ qazisi ailəsi, dustaq anası Diləfruz xanım Baxşiyevanın müraciəti CPM-ə əsasən Prezident imzasına təqdim oluna bilməz. Bəs indi ki, cəzanın beşdən dördü çəkilib və dustaq və ata-anası Şeyx Allahşükür Paşazadədən tutmuş Konstitusiya araşdırmaları fondunun prezidenti Əliməmməd Nuriyevə , Azərbaycan Yazıçılar Birliyinin katibi , şair Rəşad Məcidə kimi bütün komissiya üzvlərinə müraciət yenidən müraciət edib! Niyə əfv siyahısından qıraqda qalıb dustaq qazi oğlu? Son ayyarımda hər həftə etdiyi müraciətlərə cavab tapmayan dustaq anasının Ədliyyə Nazirliyinə, oradan Penitensiar xidmətə, xidmətdən 6 saylı cəzaçəkmə müəssisəsinə üz tutmağını məsləhət bilirlər. Məhkəmə Hüquq Şurasından məhkəməyə müraciət etməyi bildirəndə ana belə də edib. Nizami məhkəməsinə oğlunun cəzasının qalan hissəsindən azad edilməsi ilə bağlı ərizə verən dustaq anasına cəzaçəkmə müəssisəsinin məhkəməyə müraciət etməli olduğunu anladıblar. Min manat qarşılığında tutduğu vəkil Adəm Məmmədovun müvəkkili ilə maraqlanmadığından məcburi köçkün ailəsi yenidən ədliyyə nazirinə müraciət edib. Hələ ki, qazi dustaq ailəsi “ötür-ötür”dədir.

Maraqlıdır, bir il qabaq islah işlərinə məhkum edilmiş şəxs , təbii ki, müraciət etmədiyi halda, əfvə salınıb , amma hər gün , hər həftə əfv üçün müraciət edən əfvdən qıraqda qalıb. Ədliyyə, hüquq sisteminin, penitensiar xidmətin “ədalətinə” baxın! Elə bilirsiniz, şişirdirəm? Baxın , Zahid Bədəlov Xətai RİH-in 96 saylı MKTB-sinin müdiri olanda onun sahəsinə aid olmayan və təbii ki, heç bir məsuliyyət daşımadığı sahədə ağac kəsiminə “səhlənkar yanaşdığına” görə, Xətai məhkəməsinin 2017-ci il tarixli hökmü ilə 3 il islah işlərinə məhkum edilib. “Səhlənkar məhkum” nə qədər apellyasiya və ali instansiyada da bildirsə də ki, ona aid olmayan sahədə baş verənlərə cavabdehlik daşıya, səhlənkar yanaşa bilməz, hər üç instansiya məhkəməsi hakimləri bildirib ki, noolsun, sahə sənin deyil, görməli idin ki, qanunsuz ağac kəsilir! (?) Hər ay əməkhaqqından vəsait tutulan şəxs nə qədər and-aman etsə də ki , axı, həmin sahənin öz müdiri, sahə müvəkkili, bələdiyyəsi və s. və i.a “səhlənkar” rəsmiləri var, baxan olmayıb. Əlacsız məhkum cəzasının bitməsinə bir il qalanda - 2019-cu ildə əfv olunması üçün müraciət edib. Gözlənilənlərin və vədlərin əksinə olaraq, “səhlənkar” “xatakar” əfvə salınmayıb və 2020-ci ildə cəza müddəti başa çatıb. Yəni , günə-gün “səhlənkarlığının” cəzasını çəkən şəxs, həm də məhkumluğunu tam ödəmiş olur. Necə olur, 1 il qabaq cəzadan azad olmuş şəxs , müraciət etmədiyi halda, əfv siyahısına salınıb? Bu fakt əfv məsələsinin də rüsum qarşılığında edildiyini ortaya qoyur.

Ədliyyə sistemində, penitensiar xidmətdə qanunsuz haqq tutulmasını eşitmişik də, görmüşük də! Amma beləsini görməmişdik. Görəsən əfv siyahısına salınmanın haqqı nə qədərdir? “Sevgi mesajı” dustağı, məcburi köçkün, Qarabağ qazisi ailəsinin oğlu Elməddin Mehdi oğlu Kərimov nə qədər “əfv haqqı” ödəməlidir ki, üz-gözü 4 ildən sonra işıq üzü görsün?"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram