Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Azərpambıq ASK”nin vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi

“Azərpambıq ASK”nin vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi
8-05-2021, 17:18 96 dəfə baxılıb

“Azərpambıq ASK”nin vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi

DogruXeber.az: - “Azərpambıq ASK” MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsində baş vermiş qanunsuz hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq aparılıb.

Bu barədə Demokrat.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Aparılmış istintaqla müəyyən edilib ki, qeyd edilən müəssisənin sabiq direktoru Həsrət Səfərov 2018-2019-cu illər ərzində tərtib edilmiş sənədlərə pambığın keyfiyyətinin azaldılması ilə bağlı tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə müəssisənin 117 min manat məbləğində pul vəsaitini mənimsəyib.

İş üzrə toplanmış sübutlar əsasında Həsrət Səfərova 26 aprel 2021-ci il tarixdə CM-nin 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.// Demokrat.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram