Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

General Nağıyevlə birgə həbs edilən polkovniklər azadlığa çıxdı - FOTO

General Nağıyevlə birgə həbs edilən polkovniklər azadlığa çıxdı - FOTO
10-05-2021, 11:31 173 dəfə baxılıb

General Nağıyevlə birgə həbs edilən polkovniklər azadlığa çıxdı - FOTO

Ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri azadlığa buraxılıb.

DogruXeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu məhkəmə iclasında qərar verilib.

DSX rəisinin müavini, general-leytenant Əfqan Nağıyevlə birgə həbs edilən Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov məhkəmə zalından azadlığa buraxılıb.

Hakim onlara şərti cəza verib.

Qeyd edək ki, polkovnik N.Pənahov DSX-nin nəzdində olan “Sərhədçi” Olimpiya İdman Mərkəzinin rəis müavini, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudovun bacısının əridir.

Bir il öncə həbs edilən şəxslər Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunurlar.

Xatırladaq ki, general Nağıyev həbsindən 3 ay sonra, ötən ilin avqustun əvvəlində barəsindəki həbs qərarı ev dustaqlığı ilə dəyişdirilərək azadlığa buraxılmışdı. Bunun ardınca barəsindəki cinayət işinə xitam verilmişdi.

Əfqan Nağıyev Vətən Müharibəsində bir çox strateji yüksəkliklərin azad edilməsi əməliyyatına rəhbərlik edib. Müharibə bitdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Nağıyevə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyi üçün “Qarabağ” ordeni verilib. O, Cəbrayılın və Zəngilanın azad edilməsinə görə medalları ilə də təltif edilib.
General Nağıyevlə birgə həbs edilən polkovniklər azadlığa çıxdı - FOTO
General Nağıyevlə birgə həbs edilən polkovniklər azadlığa çıxdı - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Telegram Facebook Twitter Youtube Instagram