Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Məni gətirmək üçün Mərakeşə PUA hədiyyə edildi, təyyarəyə minəndə..." - Sedat Peker

10-05-2021, 11:47 149 dəfə baxılıb

"Məni gətirmək üçün Mərakeşə PUA hədiyyə edildi, təyyarəyə minəndə..." - Sedat Peker

Türkiyəli mafia başçısı Sedat Peker növbəti dəfə qalmaqallı iddialar yayıb.
DogruXeber.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Peker “youtube” vasitəsilə yayımladığı videoda həbs edilməmək üçün əvvəl Mərakeşə getdiyini ancaq “dərin dövlət” başçısı Mehmet Ağarın onu tapıb Türkiyəyə gətirmək üçün faəliyyətə başladığını iddia edib: “Mərakeşə pilotsuz uçan aparat hədiyyə edib məni təhvil almaq istədilər. Təyyarəyə minəndə uçuş icazəsinin ləğv edildiyini öyrəndim. Dostlarım hər tərəfdən mənə zəng elədilər. Mən o təyyərəyə minmədim, qayıdıb insan kütləsinə qarışdım və oranı tərk etdim. Mərakeş kralının bir xasiyyəti varmış, ondan kömək istəyən şəxsi heç kəsə təhvil vermir. Başqa bir ölkə olsaydı PUA qarşılığında məni təhvil verərdi”.
Sedat Peker çıxışının davamında hazırda Dubayda olduğunu, onu aparmaq üçün gələn türkiyəli istənilən dövlət adamı ilə vuruşacağı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Sedat Peker bir neçə gündür Türkiyədə nüfuzlu siyasətçilər və keçmiş nazirlər barədə qalmaqallı açıqlamalar yayır. Son 3 videosu bir neçə gün ərzində 5 milyondan çox izlənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram