Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Neftçilər xəstəxanasında " Növbəti qurban O oldu."- Ramina Eyvazqızınln acı fəryadı...

Neftçilər xəstəxanasında
10-05-2021, 16:07 77 dəfə baxılıb

Neftçilər xəstəxanasında " Növbəti qurban O oldu."- Ramina Eyvazqızınln acı fəryadı...

DogruXeber.az: - Həmkarımız Ramina Eyvazqızının atasının Neftçilər xəstəxanasında faiciəli vəfatı ilə bağlı səhifəsində yana yana ürəyini boşaltdığı acı yazısını təqdim edirik:
Neftçilər xəstəxanasının insanlıqdan kənar davranışlar göstərən direktoru : "Atanız bir aydır buranı zanit edib, bəlkə iki ay qalacaq, xəstənizi köçürün"
Nələr gördüm , İlahi....
Papamın bircə canı vardı və onu da illərdir tənqid etdiyim, çirkab içində olan səhiyyə və onun insanlıqdan xəbəri olmayan idarəçiləri ucbatından itirdi. Sözsüz hamımız öləcəyik, amma...
Çox xəstəxana kimi, Neftçilər xəstəxanasının da direktoru Musa Abbasov və onun komandası , ancaq tibbi protokol üzrə hərəkət edənlər üçün xəstənin canı cəhənnəmlikdir. Xəstəyə fərdi yanaşmayanlar Covid adı ilə xəstəxanaya gedən Papamı qanaxmadan qurtara bilmədilər. Papam Covidi aşmışdı, boğularaq canını tapşırsaydı , gec xəstəxanaya çatdırılsaydı, yan xəstəlikləri olsaydı anlamaq olardı. Amma müsbət dinamika ilə yaxşılaşan insan baxımsızlıqdan , səhlənkar münasibətdən vaxtında izolyasiya olunmadı , xəstəxanadaxili infeksiyalara yoluxdu və bu üzdən yüksək dozalı antibiotiklərin qurbanı oldu, qaraciyər və böyrəyi sıradan çıxdı((( septik şok!
Papam reanimasiyaya yerləşdiriləndə psixoloji zərbəyə məruz qaldı, panik ataka girdi, "buradaca qızınla vidalaş" deyən "həkim" insan ola bilməz!!!
22 ci gündə də İntubasiyada olan Papam ayılanda həkim bacım ona bir necə gün psixoloji dəstək vermək istəyirdi, xəstənin reabilitasiyası başlamalı idi. Bacımın dəstəyi ilə Papamın müayinə və vəziyyəti həkimlərin də çoxunun dediyi kimi müsbətə gedirdi. Hətta həkim fizioterapevt ( öz istəyimiz ilə) də massaja başlamışdı. Amma olmadı. Çünki xəstəxana direktoru jurnalist olduğumdan xəbər tutdu və bacımı qovdu.
"Xəstəniz covid deyil artıq, bəlkə 2 ay burda qalacaq, zanit edir buranı, köçürün xəstənizi " dedi və qorxdu... O xəstəxanada saysız nöqsanı olduğunu qəşəng bilirdi. Reanimasiyada xəstələrə ancaq növbəli reanimatoqlar baxırdı. Kompleks müalicə və başqa profilli həkim yox idi.Özümüz bir necə həkim gətirdik. Təsəvvür edin, Papamın gec ayılmağının səbəbindən biri ona iki həftədən çox müddətdə vitamin vurulmaması idi. Vicdansızlıq! Bizim təkidlə multivitamin vuruldu. Xəstəmizdən bezən Samirə həkimin davranışları , bacımın sualları Papamın sonunu gətirdi. Papamdan qurtulmaq istəyirdilər! Bu müddətdə TƏBİBə sorğu göndərirdi ki, axı Papam covid deyil, niyə sağalmır? TƏBİB Musa Abbasova bu sualı verdi, amma.. bundan sonra bacım oradan qovuldu. Necə oldusa, yaxsılaşan papam bacım xəstəxananı tərk edəndən sonra pisləşdi.
Halbuki TƏBİB dən aldığım son məlumatda "papan cətin etapı ötürüb, səbrli olun, müsbət dinamika, saturasiya normal, huşu aydındır" deyildi . Bacım Musa "həkim" ə zəng vurdu ki, izn verin atama dəstək olum, izn verin onu görüm dedi. "İstirahətdəyəm ailəmlə narahat etməyin" dedi..
Öz kolleqasına hörmətsizlik edən və Papam ölümü tezləşdirmək üçün planlar quran İnsan ola bilməz!
Bacım 3 gün xəstəxana həyətində qaldı və yalvardı ki, atamı , qolu bağlı, bir aya yaxındır ac və yuxulu qalan, ağzı, boğazı intubasiya borusundan sonra yaralı olan və danışa bilməyən insana dəstək lazımdır ki, özünə gəlsin. Yenə olmadı... 3gün sonra bacıma zəng edib "gəl papanı gör" dedilər. Bacım papamda qanaxmanın başladığını dedi, papam 3 gün içində necə belə ağırlaşdı????? Tanınmaz hala gəldi , o qədər əziyyətdən və tam bir ay sonra canını tapşırdı. Növbəti qurban O oldu.
Bir qrup gözü puldan başqa heç nə görməyən şərəfsiz, alçaq yığını, sizin də əzizləriniz var! Və Musa kimi adam Yeni Klinikanı da artıq idarə edir, yəni ölkədə ondan başqa adam yoxdur. Özü ixtisasca reanimatoloqdur, amma xəstə yerləşdirib pul qazanmaqdan sənəti ilə məşğul ola bilmir.
Həkim əvvəlcə insan ,sonra həkim olmalıdır. Bəli, reanimasiyada canla başla xəstəyə xidmət göstərənlər də var, amma qansız rəhbərlik, tibb işçisi olanlar belə insanları kölgədə qoyur.
Papama qan verən bütün dostlara, dəstək verənlərə sonsuz minnətdarlıq. Allah əzizlərinizi qorusun!
Ramina Eyvazqızı
Ramina Eyvazqızına atasının vəfatı ilə bağlı baş sağlığ verir və Tanrıdan ona səbr diləyirik!// teref.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Telegram Facebook Twitter Youtube Instagram