Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Mübariz Məsimovu Lotu Quliyə öldürtmək istədilər, ancaq o, dişli çıxdı" - Türk mafiya başçısının sensasiyalı iddiaları siyasi gündəmi də qarışdırdı + VİDEO

10-05-2021, 18:34 109 dəfə baxılıb

"Mübariz Məsimovu Lotu Quliyə öldürtmək istədilər, ancaq o, dişli çıxdı" - Türk mafiya başçısının sensasiyalı iddiaları siyasi gündəmi də qarışdırdı + VİDEO

DogruXeber.az: - Son günlər qalmaqallı açıqlamaları ilə Türkiyə gündəmini çalxalayan türk mafiya başçısı Sedat Peker Yutub sosial şəbəkəsində növbəti video-müraciət yayıb.
Budəfəki açıqlamasında da şok iddialar səsləndirib.
O, hətta Azərbaycan oxucularını yaxından maraqlandıran məqamlara da toxunub.
Sedat Peker iddia edib ki, həbsdən çıxdıqdan sonra Türkiyədə yaşayan "Lotu Quli" ləqəbli mərhum Nadir Səlifov haqda Türkiyədə deport qərarı çıxıb. Ancaq Türkiyə "dərinçi"lərindən "Mehmet Ağar bu qərarı ləğv etdirib.
Peker bunun səbəbini onuna izah edib ki, Ağar Lotu Quliyə “Palmali” şirkətlər qrupunun başçısı Mübariz Mənsimovu öldürdürmək istəyib: "Lakin Mübariz Məsimov dişli çıxdı".
Xatırladaq ki, bu 3-cü videodan sonra Türkiyə DİN hazırda Dubayda yaşayan Pekerin qırmızı xətlə axtarışa verilməsi barədə açıqlama yayıb.
Bununla yanaşı, qardaş ölkə siyasiləri də Pekerin açıqlamaları ilə bağlı hökumətdən izahat tələb ediblər.
CHP lideri Kiliçdaroğlu Türkiyə DİN-dən izahat tələb edib, İYİ lideri Akşener isə Pekerin açıqlamalarına toxunaraq baş verənləri izlədiyini deyib: "Bütün bunlar rəzalətdir. Hələ kokain məsələsi-filan...".
Digər siyasilər də gündəmlə bağlı öz fikirlərini böğlüşüblər. Onlar Türkiyənin 90-ların əvvəllərinə - Qaranlıq olaylara sürükləndiyini idda edirlər.// Mia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram