Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Pirallahı rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə bağlı ağacəkmə aksiyası həyata keçirildi

Pirallahı rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə bağlı ağacəkmə aksiyası həyata keçirildi
11-05-2021, 11:37 72 dəfə baxılıb

Pirallahı rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə bağlı ağacəkmə aksiyası həyata keçirildi

Müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində heç vaxt silinməyəcək dərin izlər buraxmışdır. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi, mədəni və dövlətçilik həyatının bütün sahələrində dirçəliş məhz Heydər Əliyevin adı ilə əlaqədardır. Bu gün Ümummilli liderimizin ölümündən 18 ilə yaxın bir müddət keçməsinə baxmayaraq Azərbaycan xalqı öz dahi oğlunu heç vaxt unutmur və onu öz qəlbində daima yaşadır. Heydər Əliyev böyükdən-kiçiyə hər kəsin qəlbində dərin məhəbbət və ehtiramla xatırlanır. Hər il Ulu öndərin doğum və anım günlərində onun məzarı başında - Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna əbədi məhəbbətinin əyani təcəssümüdür.

Bu il də 10 may 2021-ci il tarixində dahi şəxsiyyətin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar Respublika ərazisində olduğu kimi, paytaxt Bakının ən gənc rayonu olan Pirallahı rayonunda da Rayon İcra Hakimiyyəti, YAP Pirallahı rayon təşkilatı, idarə və müəssisələrin də iştirakı ilə genişmiqyaslı ağacəkmə kompaniyası keçirilimişdir. Belə ki, Gürgən qəsəbəsi ərazisində 900-ə yaxın (Tuya, Sərv, Zeytun və gül kolları) ağac və gül kolları əkilərək aqrotexniki qulluq göstərilmişdir. Rayon yarandığı gündən bu günədək ümumilikdə əkilən ağacların sayı 360700 ədəd təşkil etmişdir.

Bu əlamətdar gün və Ramazan bayramı münasibətilə şəhid ailələri, qazilər, müharibə iştirakçıları, mömün və aztəminatlı ailələrə bayram sovqatları paylanılmışdır. Bayram sovqatları Həmkarlar İttifaqı Konfedrasiyasının xətti ilə 50 ədəd, Qızıl Aypara Cəmiyyəti tərəfindən 35 ədəd, Rayon İcra Hakimiyyəti tərəfindən 100 ədəd təşkil edilmişdir. İlin əvvəlindən H.Əliyev Fondu tərəfindən bu qəbildən olan 194 ailəyə bayram sovqatı paylanılmışdır. Xüsusi ilə vurğulanmalıdır ki, müharibə iştirakçıları, şəhid ailələri YAŞAT Fondu tərəfindən daim diqqət mərkəzindədir. Rayon İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna götürülmüş 4 ailə (2-si şəhid, 2-si qazi olmaqla) artıq tam təmirli mənzillərlə təmin olunmuşdular.
Pirallahı rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə bağlı ağacəkmə aksiyası həyata keçirildi
Pirallahı rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə bağlı ağacəkmə aksiyası həyata keçirildi
Pirallahı rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə bağlı ağacəkmə aksiyası həyata keçirildi
Pirallahı rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə bağlı ağacəkmə aksiyası həyata keçirildi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram