Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilmişdir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilmişdir.
11-05-2021, 11:54 61 dəfə baxılıb

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilmişdir.

10 may 2021-ci il tarixdə Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Səhər saatlarında Həştərxan şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin Azərbaycan höküməti tərəfindən ucaldılmış abidəsi Həştərxan vilayətinin vitse-quberrnatoru vəzifəsinin icra edən Mixail Boqomolov, şəhər və Vilayət Dumasının deputatları, digər dövlət və ictimaiyyət nümayəndələri, şəhər rəhbərliyi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Azərbaycan diasporasının təmsilçiləri, iş adamları, bu şəhərdə yaşayan həmvətənlərimiz tərəfindən ziyarət edilmiş, Ümummilli Liderin əziz və parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dahi şəxsiyyətin abidəsi önünə əklillər, gül çələngləri və tər çiçəklər qoyulmuşdur.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin əziz və dahi şəxsiyyəti olduğunu vurğulamış, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrinin əhəmiyyətindən danışmışlar. Natiqlər iqtisadiyyatımızın, elm, təhsil və mədəniyyətimizin inkişafında, ölkəmizin dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin tükənməz xidmətləri sadalamış, respublikamızın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulamışlar. Qeyd olunmuşdur ki, Heydər Əliyev sözün əsl mənasında Vətənin böyük oğlu, əvəzsiz lideri və bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azərbaycanın yaradıcısı, qurucusu oldu.

Çıxışlarda həmçinin qeyd olunmuşdur ki, Heydər Əliyev hələ SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini işləyərkən Həştərxan vilayətinə xüsusi diqqət və qayğı göstərmişdir. Bu gün Ulu Öndərin siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Rusiya Federasiyası ilə, o cümlədən Həştərxan vilayəti ilə hərtərəfli əməkdaşlığa böyük önəm verir. Belə ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan hökuməti tərəfindən Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin Bakı şəhərinin və Həştərxan vilayətinin Nərimanov rayonları arasındakı sıx dostluq və qardaşlıq əlaqələri məhz bu diqqət və qayğının məntiqi nəticəsidir.

Həmin gün Rusiya Federsiyasının Azərbaycan diasporası tərəfindən Həştərxan şəhərində fəaliyyət göstərən “Yunost” valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım Mərkəzində tədbir təşkil olunmuş, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından burada yaşayan və tərbiyə olunan 56 uşağa sovqatlar paylanılmışdır. Tədbirdə çıxış edən Mərkəzin rəhbərliyi humanizmin və şəfqətin təşviq edilməsi mövqeyindən çıxış edən, habelə həyata keçirilən bir sıra humanitar və sosial yönümlü tədbir və layihələrin təşəbbüskarı, eləcə də təşkilatçısı olan Heydər Əliyev Fondunun dəstəyi və himayəsi ilə Rusiya Federasiyasının Həştərxan vilayətində də bir sıra iri layihələrin həyata keçirildiyini vurğulayaraq, təşkil olunan tədbirə və göstərilən diqqət və qayğıya görə öz adından və Mərkəzdə tərbiyə alan uşaqlar adından Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.

Eyni zamanda həmin gün Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından “Bakı” otelində iftar süfrəsi təşkil edilmişdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilmişdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilmişdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilmişdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilmişdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilmişdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilmişdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilmişdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilmişdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram