Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Gəncə səhiyyəsində MÜDHİŞ ÖZBAŞINALIQ! - 2 yaşlı qızı 16 yaşlı oğlan yazıb iliyini çəkdilər

Gəncə səhiyyəsində MÜDHİŞ ÖZBAŞINALIQ! - 2 yaşlı qızı 16 yaşlı oğlan yazıb iliyini çəkdilər
11-05-2021, 12:33 146 dəfə baxılıb

Gəncə səhiyyəsində MÜDHİŞ ÖZBAŞINALIQ! - 2 yaşlı qızı 16 yaşlı oğlan yazıb iliyini çəkdilər

DogruXeber.az: - Gəncə səhiyyəsi adına növbəti biabırçılıq və özbaşınalıq halı qeydə alınıb. Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasının həkimləri stasionar müalicə alan 2 yaşlı Zoduz Aynur Rəsul qızının sümüyünün iliyindən nümunələr götürüblər. Bunu edərkən də uşağın valideyinlərindən icazə almayıblar, niyyətlərini ata-anasından gizlədiblər.
Valideyinlərin "Demokratik.Az"-a bildirdiyinə görə, Gəncənin həkimləri ilk başdan uşağın müalicəsinə laqeyid yanaşır, adi diaqnozun təyin edilməsinə belə nail ola bilmirlər. Eləcə də ailənin maddi durumu yazılan reseptlərin-dərmanların alınmasına imkan vermir. Uşağın müalicəsi üçün isə Gəncə Səhiyyəsinin rəhbərliyi heç bir əməli addım atmır, əksinə, həkimlik andını unudaraq valideyinlərlə qeyri-etik rəftar edirlər.

Ananın söylədiyinə görə, qızcığaz 6 aya yaxındır ki, müalicələrə cəlb edilib. Lakin, gün keçdikcə sağalmaq əvəzinə səhhətində daha ciddi problemlər yaranıb. Valideyinləri hesab edir ki, qızları Aynur həkimlərin savadsızlığı və səhlənkarlıqları ucbatından sağlamlığını tamamilə itirib və bu üzdən həyatı təhlükədədir.



Onu xüsusi olaraq qeyd etmək lazımdır ki, sözügedən xəstəxananın həkimləri 2 yaşlı qıza dəqiq diaqnoz qoymaq məqsədilə onun sümüyünün iliyindən ilik nəql edərkən sənədləri də qəsdən saxtalaşdırıblar. Qızın cinsini kişi, yaşını isə 16 yaş kimi göstəriblər. Bu nöqsan xəstəxananın MRT müayinəsində də yer alıb. Sonradan isə özbaşınalıqlarına bəraət üçün valideyinlərə deyiblər ki, "Hara istəyirsiz şikayət edin, heç kimdən qorxmuruq!.." Belə anlaşılır ki, analiz və müayinələrdə saxtalaşdırma yaşa görə müvafiq qadağadan yayınmaq məqsədilə olub.

Jurnalist Bəxtiyar Bağırovun xəstəxanadan lentə aldığı reportajı, valideyinlərin şikayətini VƏ faktı isbat edən sənəd nümunələrinin fotolarını sizlərə təqdim edir://"Demokratik.Az"
Gəncə səhiyyəsində MÜDHİŞ ÖZBAŞINALIQ! - 2 yaşlı qızı 16 yaşlı oğlan yazıb iliyini çəkdilər
Gəncə səhiyyəsində MÜDHİŞ ÖZBAŞINALIQ! - 2 yaşlı qızı 16 yaşlı oğlan yazıb iliyini çəkdilər
Gəncə səhiyyəsində MÜDHİŞ ÖZBAŞINALIQ! - 2 yaşlı qızı 16 yaşlı oğlan yazıb iliyini çəkdilər
Gəncə səhiyyəsində MÜDHİŞ ÖZBAŞINALIQ! - 2 yaşlı qızı 16 yaşlı oğlan yazıb iliyini çəkdilər






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram