Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

BNA: Paxtaxtın Nizami rayonunda qanunsuz yolla parkinq yeri təşkil edilib

BNA: Paxtaxtın Nizami rayonunda qanunsuz yolla parkinq yeri təşkil edilib
12-05-2021, 17:08 72 dəfə baxılıb

BNA: Paxtaxtın Nizami rayonunda qanunsuz yolla parkinq yeri təşkil edilib

Şəhər nəqliyyatında ən vacib məsələlərdən biri də səkilərin piyadaların rahat və maneəsiz hərəkət etməsi üçün uyğun vəziyyətdə olmasıdır.

DogruXeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ötən dövrdə Agentlik səkilərdə piyadalalar üçün maneəsiz hərəkət mühitinin yaradılması üçün bir çox layihələr icra edib.

"Lakin təəssüf ki, hələ də bəzi obyekt sahibləri qanunsuz olaraq piyada səkilərini zəbt edirlər. Növbəti belə hal paytaxtın Nizami rayonunda - Cəmşid Naxçıvanski və Bəkir Çobanzadə küçələrinin kəsişməsində qeydə alınıb. Yeni inşa edilən obyektin qarşısında qanunsuz olaraq piyada səkisinin sahəsi daraldılmaqla parkinq yeri təşkil edilib. Səkinin zəbt olunması ilə bağlı Agentlik zəruri addımlar atacaq. Bu çərçivədə səkinin əvvəlcədən müəyyən olunan hüdudları boyunca təhlükəsizlik tumbaları qoyulacaq", - deyə qurum bəyan edib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram