Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Azərışıq"dan Bərdə sakinlərinə Ramazan "hədiyyə"si - Rayonu qaranlığa qərq etdilər...

13-05-2021, 10:41 90 dəfə baxılıb

"Azərışıq"dan Bərdə sakinlərinə Ramazan "hədiyyə"si - Rayonu qaranlığa qərq etdilər...

DogruXeber.az: - Dünən Ali Baş Komandan İlham Əliyevin Qarabağımızın incisi Şuşa şəhərindən hər birimizin qəlbini riqqətə gətirən çıxışı və ardından Xarıbülbül festivalı, gecə atəşfəşanlığı 44 günlük savaşdan sonra ermənilərə verilən ikinci qulaqburması oldu. Bütün dünya Azərbaycanın qüdrətini və dövlət başçısının qətiyyətini bir daha gördü, dostlarımız sevindi, düşmənlərimiz kədərləndi.

Ancaq bu sevincdən Bərdədə yaşayan yüz minlərlə insana çox az pay düşdü. Səbəbkarsa bu dəfə 44 günlük savaşdakı kimi Bərdəni ballistik raketlərlə atəşə tutan ermənilər deyil, "Azərişıq" oldu. Məsələ burasındadır ki, artıq təkcə Bərdəlilər deyil, ətraf rayonların sakinləri illərdi nəinki tufan qopanda, hətta xəfif külək əsəndə, göy guruldayanda da elektrik enerjilərinin kəsilməsinə adət ediblər. Məhz bu səbəbdəndir ki, maddi durumundan asılı olmayaraq bu rayonların bütün sakinlərinin qapısında ehtiyyat enerji mənbəyi - generatorlar var və işıq kəsilən kimi hamı başının çarəsinə baxmaq zorunda qalır. Amma dünən gecədən havanın tamamilə sakit və yaz fəslinə uyğun olmasına baxmayaraq Bərdədə elektrik enerjisi dayandırılıb. Səbəbini nə bilən var, nə əhaliyə təskinedici məlumat verən. Ona görə də sevincləri qursaqlarında qalan 10 minlərlə insan "Azərişıq"ın şəninə qatı açılmamış sözlər söyləməkdən özünü saxlaya bilmir.

Əcəba, olmaya bu, "Azərışıq" rəsmilərinin Bərdə camaatına Ramazan bayramı "hədiyyə"sidir? Allah bu özbaşınalığın bədəlini ödətməzmi özündənrazı qurum başbilənlərinə..? Bizə sadəcə gözləmək qalır, işığı yox, Allahın qəzəbinə gəlməli olanların son aqibətini...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram