Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Məktəb direktorunun cinayət işində hansı vəzifəli şəxslərin adı keçir? — Şok ifadə

Məktəb direktorunun cinayət işində hansı vəzifəli şəxslərin adı keçir? — Şok ifadə
13-05-2021, 13:29 109 dəfə baxılıb

Məktəb direktorunun cinayət işində hansı vəzifəli şəxslərin adı keçir? — Şok ifadə

DogruXeber.az: - Rüşvət almada təqsirləndirilən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbinin direktoru Bəylər Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bəylər Bəylərov Kəlbəcər rayonu təhsil şöbəsi rəisinin əmri ilə rayonun 3 saylı tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilib. O, həmin vəzifədə işləyərkən “Təsviri İncəsənət müəllimliyi” ixtisası üzrə subbakalavr dərəcəsi verilmiş və Təhsil Nazirliyi tərəfindən 2017-ci ildə keçirilmiş müsabiqədə müvəffəqiyyət qazanmamış vətəndaşı özünün direktoru olduğu orta məktəbində Kəlbəcər rayon təhsil şöbəsinin razılığını almadan təsviri incəsənət müəllimi kimi işə qəbul olunmasına görə onun atasından 3.000 manat istəyib. Sonuncunun maddi imkanının aşağı olması ilə əlaqədar 2.500 manat verə biləcəyini bildirməsi ilə əlaqədar onunla sonuncu məbləğə razılaşıb. Bəylər Bəylərov həmin niyyətlə 2.500 manat məbləğində pul vəsaitini şəxsən rüşvət qismində alıb.

İstintaq orqanı tərəfindən Bəylər Bəylərovun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma ) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Nural Əliyevin icraatına verilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəylər Bəylərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sevinci məktəbdə müəllim vəzifəsinə təyin edilməsi məqsədi ilə pul alıb: “2003-cü ildə Kəlbəcər rayonu 3 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişəm, məktəbdə 27 müəllimə, 82 şagird var. Sevinc və atasını 2017-ci ilin əvvəllərindən həmyerlim kimi tanımışam. Onun qızı Sevinc birbaşa məktəbdə mənə və sonradan rayon təhsil şöbəsinə 2017-ci ildə müraciət edərək 3 saylı tam orta məktəbdə təsviri incəsənət müəllimi kimi işlə təmin olunmasını xahiş etmişdi. Sevinc məktəbin məzunu olub”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Sevinc rayon icra hakimiyyətinə müraciət edib və işlə təmin olunmasını xahiş edib: “Rayon təhsil şöbəsinin müdiri yanında qəbulda olmuşam. Sonuncu məni şifahi göstəriş verdi ki, həmin şəxsi işlə təmin edim. 2017-ci ilin sentyabrın 15-də Sevinc təsviri incəsənət fənni üzrə əmək müqaviləsi əsasında 1 il müddətinə müəllimə kimi işə qəbul etdim. Həmin müqavilə Sevincə təqdim olundu, xatırladığım qədər müqaviləyə imza atdım”.

Bəylər Bəylərov qeyd edib ki, 2018-ci ilədək ixtisas müəllimi olmadığı halda qısa müddətə məktəb direktorunun müəllim təyin edilməsi səlahiyyəti olub: “Mən də həmin səlahiyyətindən istifadə edərək Sevincin aylıq 5 saat dərs yükü ilə müəllim vəzifəsinə təyin etdim. 2018-ci ilin iyun ayında artıq həmin vəzifəyə görə Təhsil Nazirliyinə vakansiya verdiyindən Sevinclə müqaviləyə xitam verildi. Bu barədə dərhal əmr verdim. 2018-ci ilin iyun ayınadək ümumiyyətlə nə təhsil şöbəsi tərəfindən, nə də ki, Təhsil Nazirliyi tərəfindən vakansiya barədə məlumat tələb olunmadı. 2018-2019-cu dərs ilində həmin vəzifəni tərəfimdən verilən daxili əmr əsasında bədən tərbiyəsi müəllimi icra etdi. Sevinc 1 il müddətinə 2017-ci ilin sentyabr ayında müqavilə əsasında işlə təmin etdim. Sevinci işə götürməyimi təhsil şöbəsinin müadiri xahiş etdi. Həmçinin özüm və yaxın qohumlarım da bunu xahiş etmişdi. 2016-2017 və 2017-2018-ci tədris illərində məktəbdə təsviri incəsənət fənni üzrə vakansiyanı Təhsil Nazirliyinə təqdim etməmişdi. Məktəb direktoru kimi Təhsil şöbəsinə məlumat verdim. Həmin şöbə isə Təhsil Nazirliyinə vakansiya barədə müraciət etdim. Oradan isə təsviri incəsənət müəllimi vəzifəsinə hər hansı namizəd irəli sürülmədi. Sevinc müəllim təyin edildikdən sonra maaşını aldı. Sadəcə ilk üç ay bank kartı olmadığı üçün onun əmək haqqı müəllimənin öz razılğı ilə direktor müavini Xıdır Məmmədovun kart hesabına yatırıldı və nağdlaşdırılaraq Sevincə verildi”.

Məhkəmənin hökmü ilə Bəylər Bəylərovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Ona 3 il sınaq müddəti olmaqla 5 il 6 ay müddətinə şərti cəza təyin olunub. Onun 1 il 6 ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər, maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsi müəyyən edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram