Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Rüstəm Muradov onunla əvəzlənir

Rüstəm Muradov onunla əvəzlənir
13-05-2021, 15:43 56 dəfə baxılıb

Rüstəm Muradov onunla əvəzlənir

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.

DogruXeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, Muradovun yerinə Cənubi Hərbi Dairə komandirinin müavini general-leytenant Aleksey Avdeev təyin ediləcək.

Məlumata görə, o, cümə axşamı Xankəndiyə gələcək, burada iki həftə ərzində işlərin təhvil alınması nəzərdə tutulur.

Bundan əvvəl Ermənistanın "Hraparak” nəşri yazıb ki, Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Rusiya rəhbərliyinə Muradov haqqında mənfi qiymətləndirmələri ehtiva edən məktub yazıb və orada onun komandirlik müddətinin uzadılmaması xahişi də əksini tapıb. Avinyanın sözçüsü sonradan bu məlumatı təkzib edib.

Qanuna görə, kontingent komandirləri hər altı aydan bir rotasiya əsasında dəyişdirilir, lakin heç bir tərəfin etirazı olmursa, səlahiyyət müddəti uzadıla bilər.

Aprel ayında Muradov təyyarənin Bakıdan niyə "hərbi əsir” olmadan qayıtması ilə bağlı "Hraparak”ın sualına cavab olaraq, Ermənistan rəhbərliyinin öz xalqını aldatdığını bildirmişdi. Yəni təyyarənin Bakıya "əsir” gətirmək üçün getmədiyini söyləmişdi. Qəzet yazır ki, bundan sonra Ermənistan rəhbərliyi onu əvəz etmək üçün səylər göstərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram