Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bu meyvə və tərəvəzlərin qiyməti artdı - SİYAHI

Bu meyvə və tərəvəzlərin qiyməti artdı - SİYAHI
29-05-2021, 15:06 75 dəfə baxılıb

Bu meyvə və tərəvəzlərin qiyməti artdı - SİYAHI

DogruXeber.az: - 2021-ci ilin aprel ayında meyvə və tərəvəzlərin topdansatış dəyərlərindəki aylıq və illik qiymət dəyişiklikləri açıqlanıb.
Bu barədə Aqrar Tədqiqatlar Mərkəzi hesabat yayıb.
Hesabata əsasən, ilin aprel ayında meyvələrdən armudun (“Krasavitsa”, “Meşə gözəli” sortları), limonun, tərəvəzlərdən kələmin, balqabağın və pomidorun topdansatış qiyməti əvvəlki aya (mart) nisbətən artıb.
Aylıq müqayisədə meyvələrdən çiyələyin (“yerli”), tərəvəzlərdən gül kələminin, xiyarın, sarımsağın dəyəri aşağı düşüb.
Məhsulların 2021-ci ilin aprel ayındakı topdansatış qiymətini ötən ilin müvafiq ayı ilə müqayisə etdikdə tərəvəzlərdən kartofun (“Təzə”), pomidorun (“Bakı”), yerkökünün və lobyanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub.
İllik müqayisədə meyvələrdən alma (“Simerenko”, “Palmet”), armud, üzüm, limon və alçanın dəyəri azalıb. Tərəvəzlərdən xiyarın, çuğundurun, kələmin, gül kələminin, balqabağın, soğanın və pomidorun (“Şəmkir”) dəyəri azalıb. Digər kənd təsərrüfatı məhsullarının qiyməti isə sabit qalıb.//gundelik-baku.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram