6 saylı cəzaçəkmə müəssisəsindən daha bir özbaşınalıq - GİLEY

DogruXeber.az:- “Sevgi mesajı” dustağı Elməddin Mehdi oğlu Kərimova qarşı qəddarlıq 4 ili keçdi. Fizuli rayonu, Əbdülrəhmanlı kəndindən məcburi köçkün, Qarabağ qazisi ailəsinin oğlunun 15 yaşı olanda məktəb yoldaşı qızın sevgi mesajına cavab verməsi 5 ildən sonra 5 illik həbs cəzası ilə nəticələnib. Yəni heç bir dəlil, sübut, şahid ifadələri olmadan, ekspertizanın 5 dəfə (!) bakirəliyin pozulmadığı barədə rəyinə baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanov 19.05.2017 tarixli hökmlə məcburi köçkün qazi oğlunun həyatını qara qazamatlıq edib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Özü də, indi açıq-aydın göründüyü kimi, bağışlanma, əfv hüququ olmadan. Nə yuxarı instansiyalar 15 yaşlı gəncin həmyaşıdı ilə sevgi mesajlaşmasına görə ağır cinayətdə suçlanmasına hüquqi qiymət verib, nə də ədliyyə hüquq, əfv komissiyaları müraciətlərinə baxır. Penitensiar xidmətin işi lap özbaşınalıqdır. Təsəvvür edin, 1 il yarım qabaq ( biz yanılıb 1 il qabaq göstərmişdik) 2019-cu ilin sentyabrında cəza müddəti başa çatan şəxs 2021-ci ilin martında “əfv olunub” , amma 15 yaşında “sevgi cinayəti” edən şəxs əfvdən qıraqda qalıb ! (?)

Dustaq anası Diləfruz Baxşıyevanın üz tutmadığı dövlət orqanı, hüquq müdafiə təşkilatı qalmayıb. Hamısı bir-birinə ötürür, biçarə ana artıq intihardan özgə yol görmür. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı pandemiya dövründə online müraciətlərin qəbul edildiyini bildirib və vətəndaşın əfvlə bağlı müraciətini aidiyyatı üzrə göndərmək əvəzinə, imzanın olmaması səbəbindən (?) baxılmasının mümkün olmadığını vurğulayıb. Məhkəmə Hüquq Şurasının sədrinə əfv komissiyasının üzvü kimi müraciət edən məhkum anasına məsləhətçi (?) cavab verib ki, hakimlərin işinə qarışmaq səlahiyyətləri yoxdur (?) , məhkəməyə müraciət edilməlidir. Əfv sərəncamından keçən 2 ay müddətində, axırı, 6 saylı cəzaçəkmə müəssisəsi Nizami məhkəməsinə 5 illik cəzanın 4 ilini çəkən qazi oğlunun qalan 1 illik cəzadan azad edilməsi üçün təqdimat verib. Nizami məhkəməsinin hakimi Nəriman Mehdiyev 27.05.2021-ci ildə təqdimatı təmin etməkdən imtina edib. Məhkumun qazi atasının verdiyi bilgiyə görə, təqdimat elə yazılıb ki, hakim “sevgi məhkumu”nun azadlığa çıxandan sonra “mesaj cinayəti”ndən əl çəkib “islah olunmayacağı” qərarına gəlib.

Məcburi köçkün qazi oğlunun anası çıxış yolunu PA-da görür. İki həftəyə ya ölüm, ya qalım bilinər".


Oxunub: 369

Son xəbərlər

Ermənistan Vladimir Solovyovun verilişlərinin yayımını blokladı

Bu şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq

Şənbə gününün hava proqnozu

Alimlər 464 dərəcə istilik olan planetdə üzvi həyatın mümkün olduğunu sübut etdi

Bu şəxslər 2500 manat cərimə ediləcək

Dövlət Xidmətindən restoranlara XƏBƏRDARLIQ

Əhalinin ən çox xərci nəyə çıxır? - VİDEO

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Qızıl və gümüş bahalaşdı

AzTV Arayikin müsahibəsini niyə vermədi? - Rəsmi açıqlama

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

"Prius"un qiyməti kəskin ucuzlaşdı

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Pensiya və müavinətlər artırıla bilər - VİDEO

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

İsrail xəstəxanadakı 200 nəfəri edam edib

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bütün xəbərlər