Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Əməkdar artistin doğum günüdür

Əməkdar artistin doğum günüdür
2-06-2021, 08:54 167 dəfə baxılıb

Əməkdar artistin doğum günüdür

MƏN BU ELİN QIZIYAM
ANAMDIR AZERBAYCAN...- deyən, şirin avazı, büllur səsi ilə hər birimizi özünə heyran qoyan gülərüzlü, mələk simalı
Almaz xanım Orucovanın doğum günüdür.

Respublikanın Əməkdar Artisti, Azərbaycan Dövlət Akademik filarmonyasının solisti
ALMAZ XANIM ORUCOVA...
Vətənə, torpağa, elə bağlı, Azərbaycan adət-ənənələrinə sadiq, ruhları oxşayan səsi ilə bir çoxlarından fərqlənən xanım sənətkarımızdır..
Almaz Orucova Azərbaycan xalq musiqisinin, muğam sənətinin istedadlı nümayələrindən biri olaraq, milli musiqi sənətimizi layiqincə təmsil etmiş və xalqın sonsuz məhəbbətini qazanmışdır.
Repertuarında muğama üstünlük verməsinə baxmayaraq Əməkdar Artistimiz mahnı janrında incəsənətimizə özünəməxsus yeni nəfəs gətirmişdir.. Xüsusilə qeyd etmək istəyirəm ki, yaradıcılığının çiçəklənən bir dövründə Şah Əsəri kimi dəyərləndirdiyimiz "DÖNƏ-DÖNƏ" mahnısına Almaz xanım öz möhrünü vurmuşdur. Təvəzökarlığına baxmayaraq hakkında çox yazmaq olar... Amma özü icazə vermədi..
Öz sənəti, şirin avazı, sadəliyi, təmiz qəlbi ilə xalqımız tərəfindən sonsuz sevgi bəslənilən, xalqın rəğbətini qazanan Almaz xanım, XALQ ARTİSTİ adına layiq olmasına baxmayaraq, hələ də bu adı verməkdə xəsislik edirlər. İnşAllah tezliklə ALMAZ XANIMI "XALQ ARTİSTİ"- adına layiq görülməsinin sevincini onu sevən xalqımızla bölüşəcəyik.
Dəyərli sənətkarımıza can sağlığı, uzun ömür, Qadın xoşbəxtliyi, bol-bol yaradıcılıq uğurları arzu edirik..






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram