Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ucarda fermerlərə kim PROBLEM YARADIR? - NARAZILIQ!

Ucarda fermerlərə kim PROBLEM YARADIR? - NARAZILIQ!
2-06-2021, 10:38 66 dəfə baxılıb

Ucarda fermerlərə kim PROBLEM YARADIR? - NARAZILIQ!

Ucar rayon Yuxarı Şilyan kənd sakini Əhmədov Behbud Abbas oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki,

"Aqrolizinq" ASC-nin lizin şöbəsinin müdiri Aqşin Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənimlə prinsip apardığı üçün istifadəmdə olan SAMPO markalı kambaynı əlimdən almışdır.Hansı ki, mən həmin kombaynı qanunu sənədlərələ liznq yolu ilə götürüb istifadə edib ailəmi dolandırırdım. Xəstələndiyim üçün müalicə olunacağımı bildirib həmin kombaynı ərizə yazdırıb məndən təhvil aldılar. Müalicə olunub sağalıb işə qayıtmaq istəyəndə mənə məlum oldu ki, kombaynı qanunsuz olaraq başqa şəxsə veriblər.Hansı ki, həmin kombaynı mən özüm işlətməliyəm təmirinə pul xərcləmişəm. Mənim kimi tərcübəli qabaqcıl mexanizatorun işdən uzaqlaşdırlıması kənd təsərrüfatına ziyan vurulması deməkdir.Aqşin Məmmədov dövlət maraqlarını şəxsi mənafeyinə qurban verib kənd təsərrüfatına belə ziyanlar vurur.

Mən 1984-cü il tarixdən kombayn sürürüəm. Peşəkar kombayn sürücüsüyəm, pambıq, taxıl yığımında yüksək göstəricilərə nail olmuşam.İşimdə heç vaxt nöqsana yol verməmişəm. Ucar "Aqroservis"-dən 2014-cü il tarixdə lizinq yolu ilə kənd təsərrüfatı texnikası götürüb işlədirəm.Qeyd edim ki, "Aqrolizinq" ASC-nin Lizinq şöbəsinin müdiri Aqşin Məmmədovun qanunsuz əməlləri barədə əvvəllər şikayət etdiyim üçün o mənimlə prinsip və qərəzçilik aparır.Bu səbəbdəndə mənim xəstələnməyimdən, müalicəyə getməyimdən və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənim istifadəmdə olan kombaynı əlimdən belə qanunsuz yolla alıb başqasına vermişdir.
Hansı ki, hazırda taxıl biçimi mövsümü başlayıb.Aqşin Məmmədov bunu etməklə mənim ailəmi çörəksiz işsiz qoymuşdur.

Mənim atam Abbas Əhmədov sovetlər dönəmində qabaqcıl mexanizator olub deyə onu buna görə təltif ediblər. Ona qırımızı diplom verilib.Sovet dönəmində mexanizatorların yarışnasının qalıbi olub. Biz alın təri ilə zəhmətlə işləyib çörəyimizi qazanmışıq.

Yeganə oğlum Rafiq Əhmədov Vətən müharibəsində Tərtərin Suqovşan qəsəbəsi, Talışkənd kəndi və Ağdərənin azadlığı uğurunda gedən döyüşlərdə Müdafiə Nazirliyinin 708 saylı hərbi hissənin tərkibində qəhrəmancasına vuruşub.Mən buna görə fəxr edirəm.
Biz vətəni, əməyi sevən zəhmətkeş insanlarıq.

Torpağı qorumağa mənim oğlum kimi qəhrəmanlar getməkidir, dövlətin vəsaitini isə Aqşin Məmmədov kimi neqativ ünsürlər talan etməlidr.Hətda pambıq yığan kombaynı mənə təmir etdirib ba.qasına verdilər.Hansı ki, təmir üçün pul xərcləsəmdə özümə ödəmədilər.Belə saxtakarlıqda, özbaşınalıqda Aqşin Məmmədov artıq peşəkar olub.

Aqşin Məmmədov mənə ironiya ilə deyir ki, sən hara şikayət etsən baxılması üçün bizə göndərəcəklər. Bunun heç bir mənası yoxdur.
Qeyd edim ki, Prezident cənab İlham Əliyev kənd təsərrüfatının inkişafı üçün mütərəqqi sərəncamlar imzalayır, nazir cənab İnam Kərimov isə həmin sərəncamaların icrası üçün əlindən gələni edir.Ancaq Aqşin Məmmədov kimi yaramaz öz şəxsi mənafeyinə görə kənd təsərrüfatına küllü miqdarda ziyanlar vururlar.Onun fəaliyyəti obyektiv araşdırılarsa bu fakt təsdiqini tapacaq.Zərurət var ki, Aqşin Məmmədovun iş fəaliyyəti obyektiv təftiş edilib qanunu tədbirlər görülsün.

Mətbat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimovdan xahiş edirəm şikayət ərizəmi mənim iştirakımla yerində obyektiv araşdırıb mənə qarşı qanunsuzluq etmiş "Aqrolizin" ASC-nin Lizinq şöbəsinin müdiri Aqşin Məmmədovun fəaliyyətini obyektiv təftiş edib, barəsində ciddi tədbirlər görəsiniz əlimdən qanunsuz yolla alınmış kombaynımı özümə qaytarılmasını təmin edəsiniz.

Əlaqə telefonu; 050 424-38-99

İmza;Əhmədov Behbud Abbas oğlu

Ucarda fermerlərə kim PROBLEM YARADIR? - NARAZILIQ!
Ucarda fermerlərə kim PROBLEM YARADIR? - NARAZILIQ!
Ucarda fermerlərə kim PROBLEM YARADIR? - NARAZILIQ!
Ucarda fermerlərə kim PROBLEM YARADIR? - NARAZILIQ!
Ucarda fermerlərə kim PROBLEM YARADIR? - NARAZILIQ!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram