Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Toylar başlamasa, vəziyyətimiz lap pisləşəcək” - Xalq artisti

“Toylar başlamasa, vəziyyətimiz lap pisləşəcək” - Xalq artisti
2-06-2021, 15:19 167 dəfə baxılıb

“Toylar başlamasa, vəziyyətimiz lap pisləşəcək” - Xalq artisti

“Çörəyimiz toylardan çıxır. Bir ildən çoxdur ki, biz müğənnilər maddi və mənəvi baxımdan çətinliklər çəkirik. Gözümüzü dövlətin verdiyi maaşa dikmişik”.
Bunu Azvision.az -a Xalq artisti Gülyanaq Məmmədova pandemiyanın sənət adamlarına vurduğu maddi zərərdən danışarkən deyib. Tanınmış müğənni Operativ Qərargahı toyların keçirilməsinə icazə verməyə çağırıb.

“Biz müğənnilər istər COVID-19 pasportlu, istərsə də pasportsuz toyların bərpa olunmasını istəyirik. Əgər vaksin vurdurmaq könüllüdürsə, onda niyə vurdurmayanlar toya gedə bilməz? Bəs deyirlər könüllüdür, onda niyə məcburi edirlər? Qərargahın fikirlərinə qarşı gəlmirəm. Onlar nəsə edirlərsə, bizim sağlamlığımız üçün edirlər. Ancaq deyilənlə edilən üst-üstə düşmür. Məsələn, problemim var, mən vaksini necə vurdura bilərəm? Belə çıxır ki, peyvənd vurdurmasam toya gedə bilmərəm.

Mən koronavirusa yoluxanda 10 gün ərzində sağaldım. Ancaq indiyə kimi xəstəliyin stressini keçirirəm. Bu, mənə elə bir qorxu verib ki, xofundan indiyə kimi çıxa bilməmişəm.Panikatak oluram. Buna görə hələ də sakitləşdirici dərmanlar içirəm. Vaksin vurdursam, ürəyinib dayanar, yerimdə qalaram. Söhbət tək məndən getmir, mənim kimi nə qədər insan var”.

Müğənni təkcə maaşla ailə saxlamağın çətinliyini dilə gətirib: “Çox çətinlik çəkirik. Toylar başlamasa, getdikcə vəziyyətimiz lap pisləşəcək. Biz hər şeyi çıxıb üzdə deyə bilmirik, ayıb olar. Çoxuşaqlı ailəyik, dövlətdən aldığım maaşa göz tikmişik. Universitet müəllimiyəm, teatr solistiyəm. Bunların qonorarları ilə dolanıram. Amma müğənninin xərci çoxdur. Yoldaşımın maaşı da bəs etmir.

Bacım, qardaşlarım həmişə bir-birimizə dəstək olmuşuq. Kömək etməsək, alınmır. Mənim kimi ailəsinə dəstək olan müğənnilər çoxdur. Ailəm mənə çətin vaxtımda əl tutursa, mən də onlara kömək etməliyəm Mən xəstə olanda bacılarım mənə baxdı. Lazım gələndə bacılarımın maddi ehtiyaclarını ödəməli deyiləm?!

Bizdən də çətin problemi olanlar var. Ona görə efirdə öz problemlərimizi açıb deyə bilmirik. Hər dəqiqə efirə çıxırıq, salonlara gedirik, geyimləri yeniləyirik. Bütün bunlar hamısı puldur. Televiziyalar bizi studiyalarda bəzəmirlər, öz hesabımıza bəzənib efirə çıxırıq. Toylarsız bu qədər xərci qarşılamaq mümkün deyil.

Bir yandan övladlarımızın geyimi, qayğısı var. Aldığımız maaşla həm ailə saxlamaq, həm də işin xərclərini qarşılamaq alınmır. Bu baxımdan toyların açılması bizi çətin vəziyyətdən çıxarar. Tək maddi baxımdan deyil, psixoloji baxımdan da bu il yarımı çox çətin keçirdim. Qorxular beynimizə elə həkk olunub ki, xəstəliyə indi-indi alışıram”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram