Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Yumşaldılmalardan sonra inflyasiya və bahalaşma gəlir - GƏLİŞMƏ

Yumşaldılmalardan sonra inflyasiya və bahalaşma gəlir - GƏLİŞMƏ
4-06-2021, 20:32 77 dəfə baxılıb

Yumşaldılmalardan sonra inflyasiya və bahalaşma gəlir - GƏLİŞMƏ

DogruXeber.az: - Avropa İttifaqının rəsmi statistika qurumu - Eurostat cari ilin may ayı üzrə bəzi iqtisadi göstəriciləri açıqlayıb.

Göstərilir ki, avrozonada inflyasiya koronavirus məhdudiyyətlərinin tədricən ləğv edilməsi və artan tələblə 2%-ə yüksələrək, 2018-ci ilin oktyabrından bəri ilk dəfə Avropa Mərkəzi Bankının proqnozlarını üstələyib.

Apreldə 1,6% təşkil edən illik inflyasiya göstəriciləri yeni rekordu təzələməklə rəsmiləri çətin vəziyyətdə qoyub: yumşaq fiskal-monetar siyasətini davam etdirmək, yoxsa “kəmərləri sıxmaq”?

Mərkəzi Bankın idarəetmə şurası gələn həftə monetar siyasətə dair yeni qərarlar verilməsi məqsədilə toplanacaq.

Avropa İttifaqı rəsmiləri, o cümlədən Mərkəzi Bankın sədri Kristin Laqard inflyasiya artımının müvəqqəti xarakter daşıdığını və növbəti ildən sabitləşəcəyini bildirsə də, investorlar fiskal-maliyyə şərtlərinin dəyişəyəcindən narahatdır.

Azərbaycanda da mütəxəssislər mövcud inflyasiya səviyyəsini o qədər də qənaətbəxş hesab etmirlər.

Bəs post-pandemiya dövründə inflyasiya səviyyəsində dəyişiklik hansı istiqamətdə olacaq və yumşaldılmalar, fəaliyyətin bərpası inflyasiyaya öz təsirini göstərəcəkmi?

İqtisadçı-ekspert Ruslan Atakişiyev “Cümhuriyət” qəzetinə açıqlamasında bununla bağlı bildirdi ki, birrəqəmli inflyasiyalar iqtisadiyyatda mülayim inflyasiya kimi nəzərdə tutulur:

"İqtisadi inkişafda da həmişə aşağı bir səviyyədə inflyasiyanın olması istehsalın həvəsləndirilməsi baxımından əhəmiyyət də daşıya bilir. Yəni bu, əslində xarakterik xüsusiyyətdir. Azərbaycanda hazırda inflyasiya səviyyəsi orta hesabla 4 faizdir. Hesab edirəm ki, istər-istəməz açılmaların olması iqtisadi fəaliyyətin dirçəlməsinə təsir göstərir.

Beynəxlaq Valyuta Fondunun, Dünya Bankının ekspertlərinin hələ ki, proqnozlarında orta hesabla ÜDM-də artımda 2,5-4 faizə kimi müxtəlif rəylər var. Bu fonda da hələ ki, gözlənilən inflyasiya dərəcələri birrəqəmli, xüsusən də 5 faiz ətrafında olan rəqəmlərlə təsbit olunur. Sadəcə olaraq, Azərbaycanda inflyasiyanın dərəcəsinin formalaşmasına dövlətin apardığı iqtisadi siyasət, lazım gəldiyi vaxtlarda operativ müdaxilələr nəticəsində müəyyən dərəcədə yumşaldılır. Artıq yumşaldılmaların vəziyyətindən asılı olaraq hansı effekt yaradacağını həmin dövrdən sonra daha dəqiq demək mümkün olacaq".

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyir ki, Azərbaycanda inflyasiyanın səbəbləri daha fərqli olduğuna görə digər ölkələrdə, o cümlədən avrozonada baş verən proseslərin müəyyən dolayı təsirləri var, ancaq bu minimaldır:

"Azərbaycanda rəsmi rəqəmlərə görə, ərzaq inflyasiyası 4,9 faiz elan edildi. Bu, son illərin ən yüksək göstəricilərindən biridir və Azərbaycanda inflyasiyanın öz alqoritmi var. Ona görə də avrozonada baş verən proseslərin birbaşa təsiri olmasa da, Avropa İttifaqından idaxl olunan məhsulların qiymətinin bahalaşması fonunda Azərbaycanda da qiymət artımının müəyyən təsirləri ola bilər. Ümumilikdə götürdükdə isə bizdə qiymət artımının öz səbəbləri və alqoritmi var".//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram