Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Naxçıvan Dövlət Televiziyası müqəddəs torpaqlarda-Lələtəpə yüksəkliyində

1-04-2018, 20:10

Naxçıvan Dövlət Televiziyası müqəddəs torpaqlarda-Lələtəpə yüksəkliyində










Naxçıvan Dövlət Televiziyasının telelayihəsi olan “Vətən uğrunda” filminin növbəti sayı 2016-cı ilin aprel döyüşlərində şəhid olan mayor Rasim Məmmədova həsr ediləcək. Bu məqsədlə televiziyanın bir qrup əməkdaşı şəhidin xidmət etdiyi Füzuli rayonuna ezam olunub.

Aprel döyüşlərində tabor komandiri kimi xidmət edən Rasim Məmmədov Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Naxcivantv.az xəbər verir ki, televiziyanın baş redaktoru Ruhiyyə Rəsulova və çəkiliş heyyətinin digər üzvləri əvvəlcə şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Daha sonra heyyət şəhid Rasim Məmmədovun xidmət etdiyi hərbi hissədə, Lələtəpə yüksəkliyində olub, döyüş yoldaşlarından müsahibələr alıblar.

Filmdə qələbənin qazanılmasında xidmətləri olan hərbçilərimizin döyüş yoluna da nəzər salınacaq. Həmçinin filmdə aprel döyüşlərindən sonra təhlükəsiz yaşayışı bərpa edilən Cocuq Mərcanlının bugünkü mənzərəsi, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın müsahibələri də yer alacaq.

Naxçıvanda çəkilişləri başa çatdırılan film aprel ayının ikinci həftəsində tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, mayor Rasim Məmmodov aprel döyüşlərində göstərdiyi böyük şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Qüsursuz xidmətə görə” II dərəcəli medalı ilə təltif edilib. O, 1977-ci ilin may ayının 20-də Babək rayonunun Cəhri kəndində anadan olub.

Naxçıvan Dövlət Televiziyası müqəddəs torpaqlarda-Lələtəpə yüksəkliyindəNaxçıvan Dövlət Televiziyası müqəddəs torpaqlarda-Lələtəpə yüksəkliyində






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram