Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Rusiyanın əfsanəvi “Alfa qrupu" Xankəndidə? – “Seçki günü Yerevana girəcəklər, qan töküləcək”

Rusiyanın əfsanəvi “Alfa qrupu
8-06-2021, 15:40 97 dəfə baxılıb

Rusiyanın əfsanəvi “Alfa qrupu" Xankəndidə? – “Seçki günü Yerevana girəcəklər, qan töküləcək”






"Rusiya Ermənistanda seçki günü və sonrakı günlərdə aktiv hərbi çevrilişə çalışır”.

DogruXeber.az xəbər verir ki,Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, bunun üçün Xankəndində məsuliyyət zonasında "Alfa qrupu" yerləşdirilib:

"Bu qrup məhz 2008- ci il 1 mart prezident seçkilərinin nəticələrinə etiraz üçün meydana çıxan kütləyə qarşı istifadə edilərək Serj Sarkisyanı və Robert Köçəryanı qəzəbli xalqın caynağından qurtarıb. 2008-ci il seçkilərində hakmiyyətin qalması üçün Rusiya öz çevik hərbi qüvvəsi ilə Yerevanda Köçəryan və Sarkisyanın hakmiyyətini müdafiə etdi.

İndi isə, müxalifətdə olan hər iki şəxsi müdafiə etmək və hakmiyyətə gətirmək üçün öz elit qüvvələrini Xankəndində saxlayır. Hər iki halda üstündən 14 il keçməsinə baxmayaraq, "Alfa” yenə də Nikol Paşinyana qarşı istifadə ediləcək. Məhz 2008-ci il mart hadisələrində Paşinyan aktiv müxalifətin önündə gedirdi”.

Politoloq qeyd edib ki, Köçəryan Rusiyaya kifayət qədər arxayındır: "O, seçkinin nəticələrini tanımayacağını elan edəcək. Silahlı insident yaratmağa çalışacaq və bununla etiraz aksiyaları təşkil edəcək. Daha sonra isə Rusiya Xankəndindən 'Alfa" qrupunu Yerevana gətirərək, Köçəryana dəstək verməklə hərbi çevrilişdə rol ala bilər. Ermənistanda aktiv müxalifət formalaşır və burada silahların işə düşməsi mümkündür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram