Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qarabağda antiterror əməliyyatı... - "Bu, Azərbaycanın haqqıdır"

Qarabağda antiterror əməliyyatı... -
9-06-2021, 18:55 44 dəfə baxılıb

Qarabağda antiterror əməliyyatı... - "Bu, Azərbaycanın haqqıdır"

“Ermənistanın sərhəd zonalarında təxribatları fonunda Azərbaycanın antiterror əməliyyatları keçirmək haqqıdır”.

Bunu Cebhe.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünə və vətəndaşlarımıza qarşı terror törədə biləcək istənilən terrorçu qruplaşmanı zərərsizləşdirmək üçün lazımi addımı ata bilərik:

“Bu torpaqlar bizim əzəli torpaqlarımızdır və məhz buna görə də Azərbaycanın antiterror əməliyyatı keçirməsi beynəlxalq hüquqa zidd deyil. Məhz 10 noyabr razılaşmasından sonra təxribat törədən revanşist qüvvələrin terror əməllərinin qarşısını almaq üçün Azərbaycan xüsusi xidmət orqanları bu cür əməliyyat keçirib.

Bu gün də bu cür təxribatlar davam edir. Düşünürəm ki, Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca bu kimi təxribatlar çoxalacaq. Sözsüz ki, Azərbaycan hüquq-mühafizə orqanları, Azərbaycan Ordusu bu cür təxribatların qarşısını almağa qadirdir”.

Deputat bildirir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı hər hansı bir təxribata əl atılarsa, təxribatçıları yerindəcə zərərsizləşdirmək bizim haqqımızdır:

“Heç bir cinayətkar, heç bir terrorist Azərbaycan ərazisində bu hadisələri törədə bilməz. Çünki Azərbaycan-Ermənistan sərhədi delimitasiya və demarkasiya prosesindədir. Ölkə sərhədlərimizi pozmağa, mina basdırmağa çalışanların qarşısının alınması üçün Azərbaycan əlindən gələni edəcək”.

Son zamanlarda erməni kəşiyyat-diversiya qruplarının Qarabağın işğaldan azad edilmiş ərazilərində təxribatlar törətməyə çalışır.

Xatırladaq ki, iyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində ərazimizə daxil olan düşmənin kəşfiyyat-diversiya qrupunun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram