Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Bu mağazalar şəbəkəsinin yiyəsi varmı və ipi kimin əlindədir?" - "Kontakt Home"dan DAHA BİR ŞİKAYƏT

10-06-2021, 11:21 83 dəfə baxılıb

"Bu mağazalar şəbəkəsinin yiyəsi varmı və ipi kimin əlindədir?" - "Kontakt Home"dan DAHA BİR ŞİKAYƏT

DogruXeber.az: - "Şikayətim "Kontakt Home"la bağlıdır. Deməli, bir neçə il öncə Sumqayıtda yerləşən mağazalarından kreditlə 2 ədəd telefon aldım. Qızıl zəmanətlə... 10 gün keçmədən telefonlardan biri xarab oldu. Apardım servislərinə. Mənə bildirildi ki, telefon 15 gün ərzində təmir olunub sizə veriləcək". DİA.AZ bildirir ki, bu barədə Qadir Ağakişiyev adlı narazı vətəndaş "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşım edib.

"Bu mağazalar şəbəkəsinin yiyəsi varmı və ipi kimin əlindədir?" - "Kontakt Home"dan DAHA BİR ŞİKAYƏT


Daha sonra narazı vətəndaş yazır: "Əvəzində mənə müvəqqəti işlətmək üçün telefon verməli olduqları halda bunu etmədilər . Bu məsələnin üstünə varmadım və dedim 15 gün gözləyərəm eybi yoxdur... təki telefon düzəlsin. Həmin 15 gün 2 ya çəkdi. Dəfələrlə müraciət etsəm də, nə həmin telefonu, nə də yeni telefon mənə vermədilər. Əvəzində mənə bildirdilər ki, işləmədiyini telefona görə ödəmə etməlisiniz və bu aylar ərzində üstünə gələn faizlərlə birge)) onlara bildiyim 3 müxtəlif dildə filial müdirlərinin tutmuş sıravi işçilərinə qədər izah etsəm də ki, ay qardaş, ay xanım, mən işlətmədiyim telefona görə niyə kredit ödəməliyəm... xeyri olmadı!

Bu yaxınlarda məni məhkəməyə veriblər və müzəffər Sumqayıt şəhər məhkəməsi də onların xeyrinə qətnamə çıxardıb. Düzdür, Apellyasiya şikayəti verecəm, amma "Kontakt Home" rəhbərliyi və hüquqşünaslarının vicdanı sızlayırmı heç? Mən niyə görə vaxt itirməliyəm?

Qələt edib sizdən kredit götürmüşəm? Ümumiyyətlə, bu mağazalar şəbəkəsinin yiyəsi varmı və ipi kimin əlindədir? Bilən varsa, desin... gedim qapısına ki, olmaz belə..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram