Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Cavanşir Məmmədov və Manaf Ağayev sənət üçün hansı gözəl layihələr edib ki, tərif də istəyir?"

11-06-2021, 11:03 92 dəfə baxılıb

"Cavanşir Məmmədov və Manaf Ağayev sənət üçün hansı gözəl layihələr edib ki, tərif də istəyir?"

Müğənni Cavanşir Məmmədov və Manaf Ağayev jurnalistlərlə bağlı narazılığını ifadə edib.

DogruXeber.az
Ölkə.Az-a istinadən xəbər verir ki, onlar "Həmin Zaur" verilişində qalmaqala yol açacaq sözlər dilə gətirib.

Belə ki, əvvəlcə C.Məmmədov media nümayəndələri haqda "onlar yazmasa, dolana bilməz axı, biz veririk də... Yəni mövzunu. Əlbəttə ki, əsəbiləşdiyim jurnalistlər olub", deyib.

Ardınca həmkarı Manaf Ağayev söyləyib ki, jurnalistlərdən dost olmaz:

"Nə yazmayıblar indiyə kimi? Ümumiyyətlə görmüsünüz, nə vaxtsa nəyisə tərif etsinlər?"

Cavanşir Məmmədli isə onun söylədiklərindən sonra "düzdür, bəli" reaksiyasını verib.

Bu çıxışlar şou-biznes jurnalistləri tərəfindən birmənalı qaşılanmayıb. Belə ki, onlar arasında sənətçilərin sözləri ilə razlaşmayanlar və müğənnilərin mövqeyini tənqid edənlər olub.

Jurnalist Könül İbrahim sosial media hesabında bildirib ki, son illər verilişlərdə tanınan və "tanınan" simaların jurnalistləri tənqid etməsi dəb halını alıb.

"Cavanşir Məmmədov və Manaf Ağayev sənət üçün hansı gözəl layihələr edib ki, tərif də istəyir? Toy oxuyub pul qazanmaqdan başqa nə edibsiz ki, jurnalistdən bir alqış da istəyirsiz? Daha dövr şou, qalmaqal, söydü, vurdu qaçdı dövrü deyil. Birlik dövrüdür.
Sizdən çox rica edirəm, arada açıb bir iki qəzet oxuyun, sanballı xəbər agentliyinə göz atın. Jurnalistika instagram səhifələrindən ibarət deyil".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram