Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Erməni məmur rusları “işğalçı” adlandırdı - “Onları Gümrüdən qovmalıyıq”

Erməni məmur rusları “işğalçı” adlandırdı - “Onları Gümrüdən qovmalıyıq”
15-06-2021, 15:33 100 dəfə baxılıb

Erməni məmur rusları “işğalçı” adlandırdı - “Onları Gümrüdən qovmalıyıq”

Ermənistan Dövlət Kadastr Komitəsinin rəhbəri Marat Baqdasaryan Rusiya əleyhinə kəskin fikirlər səsləndirib.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, erməni məmur Rusiya maraqlarına xidmət edən siyasi qüvvənin parlamentə düşəcəyi təqdirdə xalqın günahkar olacağını düşünür:
“102-ci Rusiya hərbi bazasından olan qaniçən Permyakov Gümrüdə bütün ailəni güllələyib öldürəndə və Rusiya hakimiyyəti bu qaniçən əsgərini qoruduqda, etirazçılara reaksiyamız çox zəif idi. Cəmiyyətimizdə düşünürdülər ki, bu hadisənin ailəmlə əlaqəsi yoxdur, susmaq daha yaxşıdır, xüsusən də ruslar Ermənistan-Türkiyə sərhədini qoruyurlar. Sonra eyni şey küçəni təmizləyən erməninin öldürülməsi epizodunda baş verdi. Bu vaxt erməni xalqı ayağa qalxmalı və rus işğalçılarını torpaqlarından qovmalı idi".

Baqdasaryan Qarabağdakı məğlubiyyətdən gileylənərək antimilli davranışlara görə bəzi ermənilərin günahkar olduğunu bildirib.

"Ayın 20-də keçiriləcək seçkilərdə bəzi "rusdilli qüvvələr" parlamentə düşərsə, o zaman kimisə ittiham etmək hüququmuz olmamalıdır. Rus qüvvələrinə "yox" demirik, biz qərbdən gələn dost əllərdən tuturuq, qərbyönümlülərə səs veririk",- komitə rəhbəri vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram