Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Dədən-baban nə edirdi, sən də onu et, öz toyun yayın ortasında olub” - Aqil Abbasa irad...

“Dədən-baban nə edirdi, sən də onu et, öz toyun yayın ortasında olub” - Aqil Abbasa irad...
15-06-2021, 16:31 141 dəfə baxılıb

“Dədən-baban nə edirdi, sən də onu et, öz toyun yayın ortasında olub” - Aqil Abbasa irad...

“Kimin qohumu güc strukturlarında işləyirsə, onlar toy edə bilir. Bir sözlə, cəmiyyətdə xoşagəlməz söz-söhbətlər gəzir. Ona görə toy məsələsini bu qədər uzadıb insanların əsəblərini gərginləşdirmək lazım deyil”

Bunu Moderator.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. Ə.Qəşəmoğlu gizli toyların keçirilməsi haqda məlumatlı olduğunu bildirib və tezliklə toyların keçirilməsinə icazə verilməsinin vacibliyini vurğulayıb:

“Gizli toy keçirilməsi məsələsiylə tamamilə razıyam. Hətta bununla bağlı verilən məbləğdən də xəbərim var. Kimin qohumu güc strukturlarında işləyirsə, onlar toy edə bilir. Bir sözlə, cəmiyyətdə xoşagəlməz söz-söhbətlər gəzir. Ona görə toy məsələsini bu qədər uzadıb insanların əsəblərini gərginləşdirmək lazım deyil. Çünki insanlar artıq iki ildir ki, səbirsizliklə gözləyirlər imkan yaranacaq və onlar toylarını edəcək. Amma çox təəssüf ki, məsələni bu günə qədər biz həll edə bilməmişik. Burda günahkarlar Operativ Qərargahda olan adamlardı ki, toylarla bağlı konkret qərar qəbul etmirlər. Onlar toylarla bağlı qərar verməyəndə oğurluq toylar ortaya çıxır. İnsanlar eşidir ki, toy etmək üçün hansı yollardan keçmək lazımdı. Bütün bunlar isə insanlarda sual və gərginlik doğurur. Ona görə də bu məsələyə qərar verəcək adamlar diqqətli olmalıdır və daha çevik hərəkət etməlidirlər.

Toylarla bağlı qərara mane olan tərəflərdən biri də şadlıq sarayları şəbəkəsi sahiblərinin müqavimətidir. Onlar qorxur ki, elə bir toy modelinə qərar verilə bilər ki, bu onlara sərf edən olmaz, qazanc yolları bağlanar. Məsələn, açıq havada təklif etdiyimiz toy modeli onlara sərf edən deyil. Ona görə onlar da çalışır ki, bu icazə bir az gec verilsin, amma əvvəlki kimi olsun. Bu isə bizim xalqımıza qarşı xoşagəlməz bir addım olardı. Dəfələrlə demişik ki, əvvəlki toylar bir sosial bəla idi, gərginliyi artırmağa xidmət edirdi. O toylara getmək üçün pul tapmağa çalışan insanlar başqa yollara əl atırdılar. Bu toyların üstündən xətt çəkmək lazımdı. Dədə-babamız necə toy edibsə, biz də elə toy etməliyik. Toyun fəlsəfəsi odur ki, ailə quran iki gənc üçün təmtəraqlı məclis olsun. Bir daha xatırladıram ki, yeni toy modelini təklif edə bilərəm, amma bunu istəyən, maraq göstərən yoxdu axı. Ona görə insanlar gizli toy edəndə ortaya əlavə xərclər çıxır. Bunun üçün toyların keçirilməsinə tez bir zamanda qərar vermək lazımdı. Əhali bunu gözləyir. Nişanlı olan gənclərimizin toya icazə verilmədiyinə görə nişanı qayıdır. Açıq havada yeyib-içmək məclisləri, şadlıq saraylarının ciblərini doldurmasına imkan vermədən toylar təşkil olunmalıdır. Dostum, qardaşım yazıçı Aqil Abbas mənə deyir ki, bəs qışda necə toy edəcəyik? Elə burdan Aqil bəyə müraciət edirəm. Aqil bəy, sənin dədən-baban qışda neyləyirdi, sən də onu et də. Yanvar ayında toy edirdilər?! Aqil müəllimin öz toyunda fəal iştirak edən adamlardan biri olmuşam, yayın ortasında toy etdi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram