Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda aksiz vergilərinin artırılması təklif edilir

Azərbaycanda aksiz vergilərinin artırılması təklif edilir
15-06-2021, 17:28 102 dəfə baxılıb

Azərbaycanda aksiz vergilərinin artırılması təklif edilir

"Sirr deyil ki, iqtisadi proseslərin proqnozlaşdırıla bilən olması hər hansı bir ölkədə biznes və investisiya mühitinin sağlam və dinamik olması üçün ilkin şərtdir. Bunu bir çox beynəlxalq institutlar da təsdiq edir. Bu amil, əksər investorların və transmilli şirkətlərin öz bizneslərini qurmaq və ya genişləndirməklə bağlı qərar verməzdən əvvəl yoxladıqları əsas faktdır. Qanunvericiliyin və vergi sisteminin proqnozlaşdırıla bilən olması hər bir ölkədə uzunmüddətli biznes planları və layihələri quran bütün biznes subyektləri üçün xüsusi əhəmiyyət kəsb edir”.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") hazırladığı "Ağ sənəd"də bildirilir.

“Biz, biznes icması olaraq iqtisadiyyatın bütün sahələrinin, vergiqoyma da daxil olmaqla, adekvat və proporsional qaydada tənzimlənməsini dəstəkləyir və inanırıq ki, bizneslə dövlət arasında uzunmüddətli əməkdaşlığın və qarşılıqlı inamın olması investisiya üçün əlverişli biznes mühitinin formalaşması və dövlət büdcəsi gəlirlərinin sabitliyi və proqnozlaşdırıla bilməsi üçün ilkin şərtdir. Azərbaycanın yerli bazarının dayanıqlı inkişafı, o cümlədən aksizli malların qanunsuz ticarəti ilə bağlı mümkün təhdidlərin minimuma endirilməsi məqsədilə orta müddətli proqnozlaşdırma qəbul etmək, habelə vergi və qiymət şoklarına yol verməmək vacibdir.

Bununla bağlı düşünürük ki, vergi qanunvericiliyinə edilən dəyişikliklər, eyni zamanda, bəzi məhsullara tətbiq edilən aksiz dərəcələrinin artırılması tədricən aparılmalıdır ki, bazarın sabitliyi qorunsun, dayanıqlı vergi gəlirlərinin əldə edilməsinə imkan verilsin və məhsulların əlçatanlığı əhəmiyyətli dərəcədə azalmasın, çünki bu halda istehlakçılar daha ucuz alternativlər axtarmaq məqsədilə qanunsuz məhsullara meyl edirlər. Çoxillik vergi planlarının tətbiqi vergi gəlirlərinin artırılması və sabitləşdirilməsi, habelə bazarda mənfi dəyişikliklərin azaldılması baxımından özünü sübut etmişdir. Bu, Rusiya və Avropanın bir çox ölkəsində geniş şəkildə istifadə olunan qabaqcıl təcrübədir”, - deyə sənəddə qeyd olunub.

“AmCham” bu məsələlərlə bağlı hökumətə verdiyi öz tövsiyələrini də açıqlayıb: “Vergi inzibatçılığının artırılması, vergi dərəcələrinin dəyişdirilməsi və yaxud Vergi Məcəlləsinə edilmiş və bazarda haqlı rəqabətə təsir edəcək digər düzəlişlər barədə 1, 3 və 5-illik planlar qabaqcadan açıqlansın, askizli mallarla bağlı vergi dərəcələrinin uzunmüddətli proqnoz təqvimləri daha sıx şəkildə ictimaiyyətlə paylaşılsın. Düşünürük ki, bu təkliflər biznes subyektlərinə ölkədə uzunmüddətli və dayanıqlı biznes layihələrini planlaşdırmağa və hazırlamağa, bununla da ölkənin iqtisadi inkişafına töhfə verməyə imkan verəcək, mövcud qanuni bazara zərər vurmadan dövlət büdcəsi üçün güclü və sabit gəlir mənbələri təmin edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram