Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Sipark” İnşaat qanunları necə pozur... - İTTİHAM

“Sipark” İnşaat qanunları necə pozur... - İTTİHAM
16-06-2021, 09:27 91 dəfə baxılıb

“Sipark” İnşaat qanunları necə pozur... - İTTİHAM

Müstəqiliyin gətirdiyi problemlərdən biri də tikinti bumudur.
Heç bir tikinti qaydalarına, sanitar normalara riayət etmədən tikilən binaların sayı durmadan artır.
Əslində bu əhalini mənzillə təmin etmək deyil ee, məmur və oliqarxlarda toplanmış çirkli pulların realizasiyasıdır.
Bakıda bəzən bütöv mərtəbəni alan məmurlar var. Hətta elə məmurlar var ki, artıq kirayə evlər kralına çevrilib.
Ancaq 2 gün öncə şəhid mayorun xanımı, iki uşaq anası mətbuata bəyan etdi ki, 2 aydır kirayə pulunu verə bilmirəm.
Bəli, bu göydələnlər heç də vətəndaşların mənzillə təmin olunmasına yönəlməyib.
Amma borc-xərc, çətinliklə də olsa müəyyən əhali təbəqəsi öz mənzil problemini həll etmək istəyir. Bunun üçün özləri də bilməzdən fırıldaqçı iş adamlarına, MTK sahiblərinə tuş olurlar.
Belə MTK-lardan biri də “Evrostroy” MTK-dır. Yəni “Sipark” MTK...

Müxtəlif vədlərlə vətəndaşların pullarını alan, bina tikəcəyini vəd verən MTK illərlə aldatdığı müştərilərdən qopmaq üçün hətta adını da dəyişib. Yəni “Evrostroy” MTK gecənin birində dönüb olub “Sipark” MTK.
Avamın biri ADINI dəyişib Əzrayıldan gizlənmək istədiyi kimi, bunlar da adını dəyişib aradan çıxmaq istəyiblər.
İndiki adı Sipark olan MTK paytaxtımızın Yasamal, Nəsimi, Əhmədli adlı məkanlarında, hətta Türkiyədə bina tikintisi ilə məşul olur.
Təsəvvür edirsiniz MTK 2015-ci ildə vətəndaşlardan pul yığıb və 2 ildən sonra binanı təhvil verəcəyini müqavilədə göstərib.
Alınmayanda yenidən müddəti 2 il artırıblar. Sonra hər müştəridən işıq, qaz və su sayğaclarına görə əlavə 1200 manat pul alıblar. Hansı ki, müqavilədə yoxdur.
2021-ci ildə hələ bina tam təhvil verilməyib.
Bunun bircə adı var qanunsuzluq, “bespredel”.
Vətəndaşa 2 ilə söz vermisən ki, evin hazır olacaq, vətəndaş 5-6 ildir kirayədə yaşayır, bəs bunun pullarını kim verəcək ?
Axı, belə müqavilə, qanun-qayda olmur. Ölkəmizdə məhkəmə sistemi də bərbad vəziyyətdədir.
Bu şirkət haqqında saytlar, qəzetlər yazır.
Şirkətin sahibi isə açıqlama verir ki, yazılanlar hamısı qərəzdir.
Atalar belə yerdə deyib ki, indi vur, eşşək palçıqdan çıxsın.
Yazılanların nəyi qərəzdir ?
Şirkətin sahibləri qaçıb gizlənir, insanları qəbul etmir.
Yüzlərlə vətəndaş cana doyub Prezidentə müraciət edir, kömək istəyir. Bu da qərəzdir..?
Sözün qısası, Qanun qarşısında cavab verəcəksiniz.
Növbəti yazımızda Seymur və onun məmur ''krışası'' haqqında geniş yazı dərc edəcəyik... //dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram