Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Xaçmaz rayonunda meşə massivində narkotik tərkibli bitkilər əkən şəxslər saxlanılıblar

Xaçmaz rayonunda meşə massivində narkotik tərkibli bitkilər əkən şəxslər saxlanılıblar
16-06-2021, 14:55 79 dəfə baxılıb

Xaçmaz rayonunda meşə massivində narkotik tərkibli bitkilər əkən şəxslər saxlanılıblar

DogruXeber.AZ: - Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib. Bu barədə DİN-dən verilən məlumatda deyilir.

Belə ki, Şöbəyə rayonun Xaspoladoba kəndi ərazisində meşə massivində külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal xüsusi texniki vasitələrin köməkliyi ilə əməliyyat nəzarətinə götürülüb. Həyata keçirilən uğurlu əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakinləri Cavad Mütəllimov və Zaur Mustafayev iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıblar. Onların çətənə kollarını əkdiyi sahəyə baxış zamanı 100-ə yaxın narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cavad Mütəllimov və Zaur Mustafayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.//dia.az

Xaçmaz rayonunda meşə massivində narkotik tərkibli bitkilər əkən şəxslər saxlanılıblar

Xaçmaz rayonunda meşə massivində narkotik tərkibli bitkilər əkən şəxslər saxlanılıblar

Xaçmaz rayonunda meşə massivində narkotik tərkibli bitkilər əkən şəxslər saxlanılıblar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram