Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Büdcəni şirin-şirin yeyən Əliheybət Şirinov... - İTTİHAM

Büdcəni şirin-şirin yeyən Əliheybət Şirinov... - İTTİHAM
17-06-2021, 10:04 70 dəfə baxılıb

Büdcəni şirin-şirin yeyən Əliheybət Şirinov... - İTTİHAM

DogruXeber.az: - Cəbrayıl sakini Əliyev Əliheydər 8 saylı Yol İdarəsinin müdiri Əliheybət Şirinovun Şamaxı- Göylər yolunun çəkilişi zamanı Dövlət Büdcəsindən ayrılan pulları mənimsədiyini iddia edir və bu barədə ATİA.AZ-a şikayət məktubu və video-müraciət ünvanlayıb.
Şikayət məktubunda vətəndaş belə qeyd edir:

Büdcəni şirin-şirin yeyən Əliheybət Şirinov... - İTTİHAM

“ Şamaxının “TENDER KRALI”na çevrilən Əliheybət Şirinovun çəkdiyi 53 km Şamaxı-Çöl Göylər yolu 16 il zəmanətlə təhvil verildiyi halda 4 il getmədi. Təkcə bu yolda bir ay ərzində yanacağı satıb 30-40 min qazanc əldə edən Əliheybət Şirinov və oğlu Şirinov İsmayıl bununla dövlətə 300 mindən çox ziyan vurduqlarının fərqində belə deyillər.

Büdcəni şirin-şirin yeyən Əliheybət Şirinov... - İTTİHAM
Yolun dağılmasının səbəblərindən biri də məhz budur. Yüksək tonnajlı katoklar titrəmə ilə işlədiyinə görə yanacağı çox işlədir və buna görə də bu katoklardan az istifadə edirlər, bəlkə də heç istifadə etmirlər, bu yanacağın pulu mənimsənilir. Buna görə də yolda keyfiyyətdən danışmaq belə olmaz.
Bu yolun çəkilişinə 53 milyon pul ayrılıb. Gəlin bu yolun çəkilişinə, keyfiyyətinə nəzər salaq: Su ötürücüləri qoyulmayıb, dövlət layihəsinə görə asfaltın qalınlığı 18-19 sm olmalı olduğu halda aldadıcı bir şəkildə yolun qollarını 17-18 sm, orta hissəsini isə 2-3 sm ölçüdə vuraraq ayrılan milyonlar mənimsənilir. Asfaltın altına vurulan xammalın qalınlığı 70-75 sm olmalıdır ki, asfalt deformasiyaya uğrayanda ən azı 70 sm-dən sonra torpaq qatına çıxsın. Amma diqqətlə nəzər salsaq, 2 sm-dən sonra torpaq qatına çıxdığını görərik. Yolun qırağına qəsdən xammal balans ehtiyatı ( sabes, korbanat və s. ) tökürlər ki, guya yolun altı bununla işlənib. Əslində ölkə başçısını aldadırlar, o materiallardan asfaltın altına işlənilməyib. 53 km yolun çox hissəsinin üst aşırımı vurulmayıb. Üst aşırımı layihədə 7-8 sm olduğu halda realda 1-1,5 sm təşkil edir. Yolun eni layihə üzrə 9 metr olsa da, 1,5-2 metr kəsilib. Yolun sıxılma normativi 90-95 olmalıdır, hətta 80-85 olsa belə asfalt vurmaq olmaz. Amma bunlar 60-70 üstündən asfalt vururlar ki, bu da qəti şəkildə olmaz və deformasiyaya gətirib çıxarır.
Yol xammalın nəmliyi normativə görə 5% olmalıdı, əgər 7-10-dan çox olarsa, dərhal ordan çıxarılıb qurudulmalıdır.



1 kq gil 1m2 ərazini 22-25 il nəmlikdə saxlayır. Bütün Çöl Göylər yolu əsasən gil qatlı ərazilərdən ibarətdir, heç bir qabaqlayıcı tədbir görülmədən vurulan asfalt buna görə də deformasiyaya uğrayır.
Maraqlıdır ki, bunun çəkdiyi yolları “Azəravtoyol”, şəxsən Saleh Məmmədov necə təhvil götürür, sənəd üzərində yol var, amma reallıqda yox dərəcəsindədir. Saleh Məmmədovun bu işdə ortaq marağı nədir ki, Əliheybətin korrupsioner işlərinə göz yumur, onları ört-basdır edir.
Bəs Şamaxı Yol İstismar İdarəsi nəyin müqabilində bu yolları kor-koranə qəbul edir?”//ATİA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram