Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İsveçrə yığmasının baş məşqçisi "Yalnız 3 xal" dedi

İsveçrə yığmasının baş məşqçisi
17-06-2021, 11:45 72 dəfə baxılıb

İsveçrə yığmasının baş məşqçisi "Yalnız 3 xal" dedi

DogruXeber.az: - "Rəqibi təbrik edirəm. Onlar möhtəşəm oyun sərgiləyirlər".

Bunu İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Avropa çempionatında A qrupunun II tur matçında İtaliyaya 0:3 hesablı məğlubiyyəti şərh edərkən deyib.

58 yaşlı mütəxəssis bildirib ki, komandasının hər bir futbolçusu nəticədən məyus olmalıdır. Bununla belə, Petkoviç bu gün keçirəcəkləri növbəti məşqlə komandası üçün yeni mərhələnin başlanacağını söyləyib: "Futbolçularımla danışdım, bir oyunumuzun qaldığını və yalnız 3 xalın bizi növbəti mərhələyə çıxaracağını vurğuladım".

Qeyd edək ki, İsveçrə millisinin A qrupundakı son oyunu Bakı Olimpiya Stadionunda Türkiyə yığmasına qarşı olacaq. İyunun 20-də keçiriləcək görüş saat 20:00-da başlanacaq. İtaliya yığması 2 oyundan 6 cavabsız top və 6 xalla qrup lideri kimi vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edib. Uels 4 xalla 2-ci, İsveçrə 1 xalla 3-cü pillədədir. Hələ xalı olmayan Türkiyə yığması qrup 3-cüsü kimi mərhələ adlamaq üçün İsveçrəyə mütləq qalib gəlməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram