Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ağdaşda kişi odlu silahla öldürüldü: Qətldə qardaşı şübhəli bilinir

Ağdaşda kişi odlu silahla öldürüldü: Qətldə qardaşı şübhəli bilinir
18-06-2021, 14:24 106 dəfə baxılıb

Ağdaşda kişi odlu silahla öldürüldü: Qətldə qardaşı şübhəli bilinir

DogruXeber.az: - İyunun 17-i saat 23 radələrində 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfovun Ağdaş rayonunun Abad kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Ağdaş rayon prokurorluğu məlumat yayıb.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin qardaşı, 1959-cu il təvəllüdlü Mustafa Aləşrəfovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qələndar Aləşrəfova odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mustafa Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram