Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Firudin Qurbanov təhsilimiz üçün nə qədər vacibdir? - TN-nin "boz kardinal"ı...

Firudin Qurbanov təhsilimiz üçün nə qədər vacibdir? - TN-nin
18-06-2021, 16:31 73 dəfə baxılıb

Firudin Qurbanov təhsilimiz üçün nə qədər vacibdir? - TN-nin "boz kardinal"ı...

DogruXeber.az: - Söhbət təhsildən düşəndə adamın gözlərinin önünə o anda illər öncə maarif naziri olmuş Mehdi Mehdizadə gəlir.
Pedaqogika elminin görkəmli nümayəndəsi, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR-nin xalq maarif naziri.
Fikir verdinizmi, pegoqogika...pedoqoji...pedoqoji...
Bəli, idmançını, dombalaq müəllimini, Narxoz-niki, futbolçunu gətirib Təhsil nazirinin müavini qoyanda təhsilimiz bərbad günə düşməli idi.
Söhbət təhsil nazirinin müavini Firudun Qurbanovdan gedir.
Bu adam uzun illər Kooperasiya İnstitutunda “rüşvət almaq” təcrübəsi qazanıb. Belə bir adamı necə təhsil nazirinin müavini qoymaq olar ?
Bu adam SSRİ hökumətinin rəsmi əmri ilə rüşvətə görə bağlanmış “Narxoz”un yetişdirməsidir. Təsəvvür edirsiniz, bu adam gözünü rüşvətxanada açıb. Sonradan futbol oynamağa meyl salıb. Hətta Futbol Federasiyasının prezidenti olub.
Axı, PEDOQOJİ savadı olmayan adam necə ali təhsil ocağına rəhbər ola bilər ?
Bu zootexnikin Tibb Universitetində rektor olması kimidir.
Adam düşünəndə dəhşətə gəlir.
Bəs onda bu adam necə oldu şanlı keçmişi olan Bakı Dövlət Universitetinin rektoru oldu ?
Cənablar !
Bizim kiməsə qarşı zərrə qədər xoş olmayan niyyətimiz yoxdur.
Buyurun, BDU-nun 101 illik tarixini varaqlayın !
Görün 101 illik tarixdə belə bir hal olubmu ?
Bəs onda “futbolist” BDU-nun rektoru necə oldu ?
Bitirmisən, “Narxoz”u, get İqtisadiyyat Nazirliyində işlə və s.
Bəli, son illərdə əsl kadrlara qarşı ciddi hücum var. Bunu açıq deməliyik.
Kimsə nazir təyin olunan kimi nazirlikdəki 30-40 illik təcrübəli kadrları göndərir “gedər-gəlməzə” və harda savadsız qohum-əqrəbası var, doldurur nazirliyə.
Beləcə, uzun illər ərzində yetişmiş KADR KORPUSU məhv olur. Və yerinə savadsız adamlar gəlir.
Bütün dünya bilir ki, savadlı mühəndisin hazırlanmasına 10 il vaxt sərf olunur. Yəni kadr yetişdirmək asan məsələ deyil.
Bizim hörmətli Firudin Qurbanovun personası ilə işimiz yoxdur..
Amma...
Ortada ƏLAHƏZRƏT FAKTLAR VAR...
Firudin müəllim, Moskva Kooperasiya İnstitutunun Bakı filialında işləyəndə ''rüşvət'' məsələsində ad çıxarmışdı.
Sonra cənab Qurbanov 2014-cü ildə təhsil nazirinin müavini oldu.
Və sonra cənab Qurbanov təhsil nazirinin müavini olmaqla bərabər, BDU-nun rektoru oldu.
Bu dünyada analoqu olmayan məsələdir. Nazir müavini həm də BDU-nun rektoru oldu.
Bəli, qısa müddətdə böyük pullar yığılmalı idi.
BDU-nun rektoru olan kimi Firudun Qurbanov, xarici ölkələrdən Bakıdakı ali məktəblərə olan köçürmə-“perevod”ların qiymətini dəfələrlə artırdı. BDU-da ikinci ali təhsil alanların kəsrlərini neçə min dollara sildirdi ?, A qiymətləri yazdırdı ? Və rüşvət yığımına start verdi ?
Bilirsinizmi, rektor Firudin müəllim nə qədər saxta distant diplomu verib ?
Firudin Qurbanov nazir müavini kimi orta məktəblərə müəllim düzəltmək, şagirdlərin yerdəyişməsi və s məsələlərdən əməlli-başlı pul qazandı və Avropada biznes qurdu. Onun biznesini Avropada qardaşı idarə edir. Buyurun tanış olun:
Medianın yaydığı məlumata görə, Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Sloveniyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib.
Axı adamdan soruşarlar müəllim hara, biznes hara ?
Məhər rəhmətlik Mehdi Mehdizadə ömründə belə bir şey düşünərdimi ?
Axı, sən biznesmen deyilsən, adam.
Ancaq təhsil nazirliyindəki rəhbərlərin hamısının restoranları, şadlıq evləri, otelləri var.
Adları da lap patriot adlardır.
İlham müəllimin “Xarı bülbül” restoranı.
Bax, təhsilimiz bu gündədir. //gundelik-baku.com//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram