Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Rusiya Cənubi Qafqazdan çəkilmək fikrində deyil” - GƏLİŞMƏ

“Rusiya Cənubi Qafqazdan çəkilmək fikrində deyil” - GƏLİŞMƏ
19-06-2021, 11:54 89 dəfə baxılıb

“Rusiya Cənubi Qafqazdan çəkilmək fikrində deyil” - GƏLİŞMƏ

DogruXeber.az: - ABŞ və Rusiya prezidentləri Co Bayden ilə Vladimir Putinin görüşü dünyada əsas siyasi müzakirə mövzusu olaraq qalır. Görüşdə nələr yaşandı, gözləntilər nələrdən ibarət idi və reallıq hansı səmti göstərir. AYNA-nın suallarını ukraynalı politoloq, Dünya Siyasət İnstitutunun direktoru Yevgen Maqda cavablandırıb.

- Co Baydenin əvvəllər nə qədər sərt mövqe tutduğunu nəzərə alaraq, ABŞ və Rusiya prezidentləri arasında Cenevrədəki görüş faktının özünü necə qiymətləndirirsiniz?

- Qeyd etmək lazımdır ki, Bayden-Putin görüşünü qiymətləndirərkən çoxları 1980-ci illərin sonunda ABŞ və SSRİ liderləri arasında görüş metodologiyasından istifadə edirlər. Ancaq bu, tamamilə doğru deyil, çünki bu gün bu iki ölkənin yalnız nüvə potensialı müqayisə oluna bilər, iqtisadi və hərbi güc isə tamamilə fərqlidir. ABŞ müasir dünyada liderlik edir, Rusiya çoxqütblü dünyanın qütblərindən biridir və Baydenin Putinlə görüşməsi böyük ölçüdə Rusiyanın Ukrayna sərhədi yaxınlığında hərbi əzələ nümayişindən qaynaqlanır. Bayden gözləntilərin əksinə olaraq, mətbuat konfransını Vladimir Putinin “döyülməsi”nə çevirmədi, ancaq görüş zamanı bağlı qapılar arxasında nələrin baş verdiyini bilmirik.

- Sizcə, bu görüşün nəticələri nədir və ABŞ ilə Rusiya arasındakı münasibətlərin gələcək təbiəti necə olacaq?

- Nəticələr sadədir: Bayden Putini yaxından tanıdı, Putin Baydenlə görüşmək faktından öz maraqları üçün istifadə etməyə çalışacaq. Səfirlər Sallivan və Antonovun iş yerlərinə qayıtması, habelə Rusiya Xarici İşlər Nazirliyi ilə ABŞ Dövlət Departamenti arasında məsləhətləşmələrin bərpa edilməsi hər şeyin normallaşması anlamına gəlmir. Düşünürəm ki, Moskva ilə Vaşinqton arasında bir əsəb müharibəsi başlayacaq və daha impulsiv olan Putinin ilk olaraq səhv buraxacağı ağlabatandır. ABŞ və Rusiya bu gün strateji sabitlik məsələlərində maraqlıdır, lakin Arktikanın inkişafına, dünyanın müxtəlif bölgələrindəki qarşıdurmalara və kiberhücumlara fərqli yanaşmaları var. Və Putinin ikitərəfli münasibətlərin pisləşməsində ABŞ-ı açıq şəkildə günahlandırmaq istəyi Vaşinqton ilə Moskva arasında etibar yaratmağa kömək etmir.

- Bir çox ukraynalı ekspertlərin şərhlərini təhlil edərək, ümumilikdə həm bu görüşün özündən, həm də nəticələrindən məyus olduqlarını gördüm. Bunun səbəbi nədir?

- Fakt budur ki, Cozef Bayden Ukraynadakı vəziyyəti yaxşı bilirdi və bu məlumat Ukraynada həddən artıq gözləntilərə səbəb oldu. Düşünürəm ki, Putinlə dialoq zamanı ABŞ Prezidenti kifayət qədər açıq şəkildə Ukraynanı və onun maraqlarını qeyd edib. Lakin bu, onun NATO-ya üzv olmaq üçün Ukraynanın korrupsiyanı aşması və Alyansa üzv olmaq üçün namizədlərin digər meyarlarını yerinə yetirməsi lazım olduğunu vurğulamasına mane olmadı. Yəqin ki, Ukraynanın maraqlarının ilk növbədə Ukrayna səlahiyyətliləri tərəfindən qorunması lazım olduğu başa düşülməlidir.

- Rusiyanın bu görüşün nəticələrini kifayət qədər sərbəst şəkildə şərh edərək, Ukraynaya qarşı yeni bir hərbi təcavüz etməyə çalışması riski varmı və bu, baş verərsə, ABŞ-ın mövqeyi necə olacaq?

- Bu yazdakı hərbi manevrlər artıq Putinə Baydenlə görüşü sürətləndirməyə imkan verdi. ORDLO-dakı (Donetsk və Luqanskın işğal edilmiş bölgələri) hərbi təhdid və təxribatların Kremlin arsenalında qalacağını düşünürəm, amma eyni zamanda Rusiyanın genişmiqyaslı təcavüzündən danışmaq üçün əsaslar yoxdur. Ukrayna və ABŞ bu cür problemlərə mümkün qədər tez cavab verməyə imkan verən bir əməkdaşlıq formatı tapmağa çalışır. Ümid edirəm ki, Vladimir Zelenskinin iyul ayının sonunda Vaşinqtona səfəri zamanı əməkdaşlıq formatı konkret formalar alacaq.

- ABŞ-ın yeni rəhbərliyinin siyasətində Cənubi Qafqaz bölgəsinə hansı yer ayrılıb?

- Düşünürəm ki, Bayden rəhbərliyi Cənubi Qafqaza daha çox diqqət ayıracaq. Rusiyanın bölgədəki hərbi mövcudluğunun gücləndirilməsi ABŞ-ın da güclənməsini tələb edəcək. Buna görə də Cozef Baydenin 1915-ci il “erməni soyqırımı”nı tanıması, beləliklə Nikol Paşinyanı dəstəkləməsi və ABŞ Dövlət Departamentinin Gürcüstanla birlikdə erməni əsirlərin Ağdam rayonunun minalanmış ərazilərinin xəritəsi mübadiləsində dəyişdirilməsində vasitəçi kimi çıxış etməsi təsadüfi deyil. Düşünürəm ki, Azərbaycan-Amerika münasibətləri və Vaşinqton ilə Tiflis arasındakı təmaslar da intensivləşəcək.

- Türkiyə Prezidenti Ərdoğanın Azərbaycana səfərinin ardından yeni bir mənzərənin ortaya çıxdığı və Rusiyanı Cənubi Qafqazdan sıxışdırılması prosesinin başladığı ilə razısınızmı?

- Azərbaycan hərbi qələbənin bəhrəsini ən yaxın müttəfiqi ilə birgə diplomatik qərarlarla qüvvətləndirməyə çalışır. Bu şəkildə Rusiyanın tədricən Cənubi Qafqazdan sıxışdırılması mümkündür, lakin bu baxımdan koordinasiyalı və asimmetrik həllərə ehtiyac var. Kreml Cənubi Qafqaz respublikalarına təsirindən əl çəkmək fikrində deyil.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram