Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Zülm ilə abad olanın aqibəti bərbad olar" - Nurlan Həsənov

19-06-2021, 13:46 89 dəfə baxılıb

"Zülm ilə abad olanın aqibəti bərbad olar" - Nurlan Həsənov


DogruXeber.az: - “O vaxtlar 4-5 yaşım var idi, amma heç vaxt gözümün önündən getmir, Gəncədə yollarda tanklar hərəkət edirdi, Surət Hüseynov, cəbhəçilər, Qarabağda ağır itkilər, dərəbəylik... Hər an hər şey ola bilər qorxusu... Ermənistanda yaranmış bugünkü vəziyyət sanki Azərbaycanda 90-larda yaranan vəziyyəti xatırladır. Amma biz o vaxt şanslı idik. Çünki, bizim Heydər Əliyevimiz var idi və ölkəni düşdüyü ağrılı vəziyyətdən çıxara bilmişdi”.

Bu fikirləri millət vəkili Nurlan Həsənov şəxsi feysbuk hesabında yazıb. O bildirib ki, 30 illik işğal bu gün Ermənistanın varlığına təhdid yaradır:


“Məşhur bir söz var: “Zülm ilə abad olanın aqibəti bərbad olar”. İndi əsl yerinə düşür. Ermənistanın varlığının təhdid altında olmasını artıq aparıcı erməni siyasətçilər də qəbul edir. Günahkar isə biz deyilik, tək Paşinyan da deyil. Günahkarlar bu işğalçı siyasəti başladan və davam etdirən bütün erməni siyasətçilər, eyni zamanda bu işğalı dəstəkləyən, işğala göz yuman, səsini çıxarmayan bütün hər kəsdir.

İndi, bu ərəfələrdə Ermənistanda seçkilərdir. Paşinyan, Sarkisyan və ya Köçəryan, bəlkə də heç fərqi olmayacaq, kim seçilir- seçilsin, real vəziyyət Ermənistanda vətəndaş qarşıdurmasının hər an yarana biləcəyidir. Olmaya da bilər, amma baxırsan ki, bütün namizədlər fərqli xarici dövlətlərin fiqurlarıdır, bunu da açıq-aydın hər kəs bilir, danışılmayan gerçəklərdir. Məsələn, Paşinyan kimin adamıdı və ya Köçəryanı kim dəstəkləyir, hər kəs bilir! Ermənilər şanssızdır, çünki onları xilas edə biləcək gerçək liderləri yoxdur.

Hər halda Ermənistandakı daxili siyasi proseslər nəticəsində ölkəmizin ərazi bütövlüyünə kiçik bir təhdid yaranarsa, cavab artıqlaması ilə veriləcək. Dəmir yumruq yerindədir!”//unikal.org






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram