Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ceyhun Bayramov: "Biz Ermənistanı sülhə çağırmışıq və çağırırıq"

Ceyhun Bayramov:
19-06-2021, 15:18 58 dəfə baxılıb

Ceyhun Bayramov: "Biz Ermənistanı sülhə çağırmışıq və çağırırıq"


DogruXeber.az: - Qarabağ münaqişəsi başa çatıb və region ölkələri diqqətini gələcəyə yönəltməlidir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Antalyada Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni imkanlar" adlı panel müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğalına çoxdan son qoyulsa da, bəziləri hələ də "münaqişə" terminini istifadə edir: "Münaqişə tənzimlənib. Bu o demək deyil ki, bütün məsələlər həll olunub, amma Azərbaycan dəfələrlə Ermənistanı sülh sazişini imzalamağa çağırıb. Biz Ermənistanı sülhə çağırmışıq və çağırırıq".

Nazir bildirib ki, tarixdə münaqişə tərəflərindən birinin digər tərəfə hazır sülh sazişi təklif etməsi və onu imzalamağı xahiş etməsi kimi bir hal olmayıb: "Bu, ikitərəfli siyasi prosesdir. Bunun əldə olunması üçün ikitərəfli addımlar lazımdır".

O vurğulayıb ki, bunun üçün Ermənistan hakimiyyəti siyasi iradə nümayiş etdirməlidir: "Ermənistanın siyasi hakimiyyəti başa düşməlidir ki, yaxşı, mehriban qonşuluq münasibətlərinin alternativi yoxdur. Bu gün üçün bu, ən yaxşı variantdır".

Nazir əlavə edib ki, Azərbaycanın münasibətlərin qurulması üzrə təklifi aktualdır, amma erməni tərəfi bunu qəbul etmir.//virtualaz.org






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram