Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ukrayna kanalında İlham Əliyev müzakirəsi: Nələr deyildi?

Ukrayna kanalında İlham Əliyev müzakirəsi: Nələr deyildi?
19-06-2021, 17:07 81 dəfə baxılıb

Ukrayna kanalında İlham Əliyev müzakirəsi: Nələr deyildi?


DogruXeber.az:
- Ukraynanın "1+1" telekanalında "Hakimiyyət hüququ" tok-şousu var. Olduqca maraqlı layihədir: müsahib ayaqüstə aparıcı ilə birgə kənarlarda əyləşən 7-8 jurnalistin, siyasi ekspertin suallarını cavablayır.

Tok-şounun özəlliyi həm də fikir mübadiləsidir, sual verənlər və fikir bildirənlər isə sıradan şəxslər deyil, tanınmış jurnalistlər, ekspertlərdir. Məsələn, Dmitri Qordon kimi...

İki gün öncə Ukrayna Milli İslahatlar Şurasının rəhbəri, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili şounun qonağı olmuşdu və onun bu verilişdən paylaşdığı parçalar hazırda sosial şəbəkələrdə həddən artıq böyük maraqla izlənməkdə davam edir.

Sözügedən verilişdə bizim üçün ən maraqlı cəhət Azərbaycan, İlham Əliyevlə bağlı suallar və fikir mübadilələri oldu.

Saakaşviliyə ünvanlanan suallardan biri təxminən bu idi: Əliyevlə yaxın münasibətləriniz olub, o, Qarabağ məsələsini həll etməyə necə nail oldu?

Saakaşvilinin Strasburqdan İlham Əliyevin təyyarəsi ilə gələrkən etdiyi söhbət haqda artıq məlumatınız var. Abxaziya üçün darıxdığını, heç olmasa yurdunu səmadan görmək üçün Abxaziyanın üstündən uçmasını xahiş edən Saakaşviliyə İlham Əliyevin sözləri çox düşündürücüsür. “O dedi: “Bilirsən, Mişa, həm bizim, həm də sizin üçün bir neçə illik sual. Biz sadəcə gecə-gündüz bu haqda düşünməliyik. Bunu heç vaxt unutmamalı və hazırlaşmalı, hazırlaşmalı, hər gün hazırlaşmalıyıq...” – Saakaşvili deyir.

Jurnalistlər bu cavabla kifayətlənmirlər. Buna görə də Mişa deyir ki, Bakı külli miqdarda qazanc əldə etdi, ən müasir silahlar aldı...

- Necə oldu ki, külli miqdarda qazanc əldə etdi?

- Neft pulları, – Saakaşvili deyir.

- Neft Nigeriyada da var, - sorğu-debat iştirakçılarından biri deyir.

- Hə, neft çox ölkədə var. Çox ölkənin hər şeyi var, ancaq Əliyevi yoxdur... – digəri replika atır.

Bu replikaya demək olar ki, orda iştirak edənlərin hamısı dəstək ifadə edir.

Vaxtaşırı olaraq xarici verilişlərdə bu ad hallanır: Əliyev! Və bu Əliyev mümkünsüzü mümkün edən nəhəng siyasətçi kimi nümunə göstərilir.

Demək, İlham Əliyev kənardan da bu cür qiymətləndirilir; bu Adam artıq dünyanın istənilən ölkəsindən görünür.

Saakaşvilinin ona İlham Əliyevlə bağlı ünvanlanan suallarda bir qədər də tərəddüd etdiyi hiss olunurdu. Çünki sualların alt mənası belə idi: İlham Əliyev mümkünsüzü bacardı, sən isə (Gürcüstanda) yox...

Şuşa Bəyannaməsi ilə Ərdoğanla Əliyevin inanılmaz bir gediş etdiyi də verilişdə vurğulandı: “Azərbaycanın ərazi bütövlüyü artıq Türkiyənin çətiri altındadır” – bu cümlə xüsusi olaraq vurğulandı.

Keçmiş Dağlıq Qarabağ problemi – Abxaziya, Osetiya, Donbas deyil, Krım isə ümumiyyətlə deyil! Tamamilə fərqli problemlərdir. Buna baxmayaraq, jurnalist-ekspertlərin bir sualı qaçılmaz oldu: Əliyev modelini necə tətbiq etmək olar?

Demək, “Əliyevin taksikası”, “Əliyevin gedişləri”, “Əliyevin manevri”... dünya siyasətinin nəzəri əsaslarına daxil edilir.

Sadəcə, adam qürur duyur. Qürur duyur ki: “Bizim hər şeyimiz var, o cümlədən də İlham Əliyevimiz!”//axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram