Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Yəqin ki, “Vağzalı” səsi eşidəndə koronavirus qıcıqlanıb, camaatın üstünə cumur…” - ETİRAZ

“Yəqin ki, “Vağzalı” səsi eşidəndə koronavirus qıcıqlanıb, camaatın üstünə cumur…” - ETİRAZ
21-06-2021, 13:56 71 dəfə baxılıb

“Yəqin ki, “Vağzalı” səsi eşidəndə koronavirus qıcıqlanıb, camaatın üstünə cumur…” - ETİRAZ


DogruXeber.az: - “Əsas məsələ müharibə idi və Şükür Allaha müharibəni də udduq. Müharibədən sonra isə toylar da olmalıdır”

Bunu açıqlamasında Estrada müğənnisi Arzu Rzayev deyib. Müğənni bu gün onsuz da restoranların əvvəlki qaydada fəaliyyət göstərdiyini bildirib:

“Əlbəttə, açıq havada toyların keçirilməsinin mən də tərəfdarıyam. Onsuz da restoranlar işləyir, “partlayır”. İndi bunun fərqi nədir ki, tədbir eyni tədbirdi və sadəcə insanlar toyunu edir. Yəqin ki, “vağzalı” səsi eşidəndə koronavirus qıcıqlanıb, camaatın üstünə cumur. Operativ Qərargah bu haqda düşünməlidir, insanlar artıq narahatdı. Bir neçə il sonra heç nəsil artımı da olmayacaq. Əsas məsələ müharibə idi və Şükür Allaha müharibəni də udduq. Müharibədən sonra isə toylar da olmalıdır. Nə qədər gənclər toysuz ailə qurdular. Çünki çox gözləyəndə də gənclər arasında narazılıqlar başlayır. Toy böyük bir biznes şəbəkəsidir, hamı ordan qazanırdı. İndi toylar yoxdu deyə özünüz də görürsünüz sanki elə bil sükut çöküb”.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram