Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Köçəryan tam məğlub oldu: xalq ondan qorxur - Markov

Köçəryan tam məğlub oldu: xalq ondan qorxur - Markov
21-06-2021, 15:26 62 dəfə baxılıb

Köçəryan tam məğlub oldu: xalq ondan qorxur - Markov

Ermənistan Azərbaycanla Rusiyanın iştirak etdiyi sülhü seçdi.

DogruXeber.az Axar.az a istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov Ermənistanda ötən gün keçirilən parlament seçkilərində Nikol Paşinyanın qələbə qazanmasına münasibət bildirərkən deyib.

“Nikol Paşinyanın məhz bu siyasətini seçicilərin 54%-i dəstəklədi. Müharibə partiyası tam məğlubiyyətə düçar oldu. Köçəryan Bloku 21%, onun müttəfiqi Serj Sərkisyan 5% səs topladı. Erməni cəmiyyəti Paşinyana hətta II Qarabağ savaşındakı ağır məğlubiyyəti belə bağışladı. Ona görə ki, erməni ictimaiyyəti artıq savaşmaq istəmir. O, Köçəryanın müharibə çağırışlarından qorxub. Erməni xalqı sülh proqramının reallaşmasını, kommunikasiyaların açıqlmasını, iqtisadi inkişafı istəyir. Paşinyanın qələbəsi Cənubi Qafqaz üçün yeni üfüqlər açır və Azərbaycanla Ermənistan xalqlarının tarixi barışığı üçün imkanlar yaradır. Erməni ictimaiyyəti faktiki olaraq, Azərbaycanla 10 noyabr razılaşmasına səs verdi. O, Rusiya ilə dostluq şəraitində Azərbaycanla sülhə və müharibəyə qarşı səs verdi”, – deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram