Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Cavab verin, səssizliyiniz sizə qarşı oynamağa başlayır” - Ermənistan müxalifəti şokdan ayılmayıb

“Cavab verin, səssizliyiniz sizə qarşı oynamağa başlayır” - Ermənistan müxalifəti şokdan ayılmayıb
21-06-2021, 15:34 56 dəfə baxılıb

“Cavab verin, səssizliyiniz sizə qarşı oynamağa başlayır” - Ermənistan müxalifəti şokdan ayılmayıb

DogruXeber.az: - “Robert Koçaryanın şəxsiyyətinə hörmətlə yanaşsam da, məndə belə bir təəssürat var ki, Ermənistan müxalifəti hələ şokdan ayılmayıb. Sanki belə bir ssenari nəzərdə tutulmamışdı. Müxalifət təmsilçilərinin “Nikol Paşinyan seçkini saxtalaşdıraraq qalib gəlsə nə edəcəksiniz” sualına verilən cavabları xatırlayıram. Bilirsiniz mənə nə deyirdilər? “Konstruktiv heç nə yoxdur, bu mümkün deyil, cəmiyyətdəki əhval-ruhiyyə kəskin şəkildə dəyişib”. Artıq mümkünsüz olan gerçəkləşib. Bəs indi nə edəcəksiniz, əziz müxalifət nümayəndələri?

Bu açıqlamanın müəllifi erməni arxeoloq Mikael Badalyandır. Badalyan fikirlərini belə davam etdirib: “Mənim fikrimcə siz vaxt qazanmağa çalışırsınız. Gözləyirsiniz ki, Rusiya qələbə münasibəti ilə Paşinyanı təbrik etsin, ondan sonra çıxıb “heç bir şey edə bilmədik” deyəsiniz”.

“Təəssüflər olsun, bu rejim (Paşinyan hökuməti nəzərdə tutulur) saxtakarlıqla qalib olur və siz susqunluğunuzu davam etdirirsiniz. Biz 8 ay xain rejimi devirmək üçün birlikdə mübarizə aparmışıq. Amma nəticədə parlamentdə sadəcə bir müxalif gücü digəri ilə əvəz etdik, hansıki daha sərt, lakin səs baxımından daha zəifdir. Ancaq xain güclər yenə hakimiyyətdə qaldılar. Cavab verin, səssizliyiniz sizə qarşı oynamağa başlayır” -deyə Badalyan vurğulayıb.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram