Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Zabit kimi döyüşçülər bir millətin bütün dünyada hörmətini yüksəldən adamlardı…”

“Zabit kimi döyüşçülər bir millətin bütün dünyada hörmətini yüksəldən adamlardı…”
21-06-2021, 15:54 85 dəfə baxılıb

“Zabit kimi döyüşçülər bir millətin bütün dünyada hörmətini yüksəldən adamlardı…”

DogruXeber.az: - “Belə döyüşlərdə Zabit həmişə Azərbaycanın bayrağını göylərə qaldırıb. Çox təəssüf ki, bəzən bu cür idmançılarımıza sahib çıxmırıq. Amma əslində ən böyük məbləğ onlara xərclənməli, ən böyük qayğı onlara olmalıdır”

Bunu aktyor, aparıcı Kamran Həsənli Azərbaycanın məşhur kikboksçusu və qarışıq döyüş növləri (MMA) ustası, "Mauqli" ləqəbli Zabit Səmədovun doğum gününü təbrik edərkən deyib. K.Həsənli Zabitin əqidəsiylə və düşüncəsiylə bizim adam olduğunu bildirib:

“Zabit bizim fəxrimizdi, hətta deyərdim ki, tarixi şəxsiyyətimizdi. Çünki döyüşçülər həmişə bir millətin bütün dünyada hörmətini yüksəldən adamlardı. Belə döyüşlərdə Zabit həmişə Azərbaycanın bayrağını göylərə qaldırıb. Çox təəssüf ki, bəzən bu cür idmançılarımıza sahib çıxmırıq. Amma əslində ən böyük məbləğ onlara xərclənməli, ən böyük qayğı onlara olmalıdır. Çünki onlar ölkənin dünyada imicini təmsil edirlər. Gəncliyində Zabit Belarusiyadan çıxış edəndə də Azərbaycan və qardaş Türkiyənin bayrağını qaldırırdı. Yəni bu adam əqidəsiylə də, düşüncəsiylə də bizim adamdı. Onunla tanışam və bir neçə tədbirdə görüşmüşəm. Amma mən onu elə bil uşaqlıqdan bir yerdə böyümüş və eyni əqidənin adamı kimi hesab edirəm. Zabitin ad gününü təbrik edib, ona can sağlığı arzu edirəm və demək istəyirəm ki, biz onunla fəxr edirik”.//moderator.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram