Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Gündəmi “Tik-tok” müəyyənləşdirir! – "Gizli əllər”...

Gündəmi “Tik-tok” müəyyənləşdirir! –
21-06-2021, 16:10 68 dəfə baxılıb

Gündəmi “Tik-tok” müəyyənləşdirir! – "Gizli əllər”...

DogruXeber.az: - Sosial şəbəkələr çox qəribə platformadır. Hər səhər telefonumuzu əlimizə alıb sosial şəbəkə hesablarımıza göz gəzdirəndə bir gündəmlə tanış oluruq. Sanki gündəmi artıq “Facebook”, “İnstagram”, “Tik-tok” müəyyənləşdirir. “Sanki” niyə? Elə belədir. Əks halda cəmiyyətin əksər hissəsi nə üçün “Şuşa bəyannaməsi”nin müddəalarını arxa plana keçirib Fulya Öztürklə bağlı film çəkilməsini ajiotaja çevirsin, Van Damdan danışsın, ya da hansısa ucqar bir kənddə üçbuynuzlu keçinin doğulmasını ciddi-cəhdlə müzakirə etsin?! Görünür, hansısa "gizli əl və ya əllər” informasiyanı idarə edir və məqsədli şəkildə gündəmi dəyişir.

BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında sosial şəbəkələrdəki tendensiyanı belə izah etdi:

“Bu, həmin platformalardakı azadlıq meyarları, demokratiya ilə əlaqəlidir. Gündəmi dəyişmək istəyənlərlə yanaşı, ictimai rəyə təsir etməyə çalışanlar da var. Ciddi problemləri məişət səviyyəsinə endirmək, yersiz dartışmalar yaratmaq istəyənlər çoxdur. Çünki həmin mövzularda “müzakirə aparmaqdan ötrü” xüsusi intellekt tələb olunmur. Və biz hər kəsdən eyni dərəcədə məntiq, intellekt, dövlətçilik şüuru ummaqla səhv edirik. Odur ki, sosial şəbəkələrdəki meyli normal qarşılamalıyıq”.

Q.Məhərrəmli, həmçinin belə hallarla necə mübarizə apara biləcəyimizi izah etdi:

“Media işçiləri bu məsələdə aktiv olsalar da, tək onlar deyillər. Mənfi yüklü, yoxlanılmamış informasiya yayanlar az deyil. Lakin onların bu cəhdləri külək effektlidir- əsib keçir. Nə gündəmi dəyişə bilir, nə də prosesləri. Biz cəmiyyətdə intellektual səviyyənin yüksək olmasına çalışmalıyıq. Belədə hadisələrə doğru yanaşacaq və sosial şəbəkələrdən umacağımızı minimum endirə biləcəyik”.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram