Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Müştəri Bank Mobile” - biznes üçün yeni mobil bankçılıq tətbiqi

“Müştəri Bank Mobile” - biznes üçün yeni mobil bankçılıq tətbiqi
21-06-2021, 16:38 64 dəfə baxılıb

“Müştəri Bank Mobile” - biznes üçün yeni mobil bankçılıq tətbiqi

DogruXeber.az: - Kapital Bank korporativ müştərilər üçün “Müştəri Bank Mobile” mobil bankçılıq tətbiqini istifadəyə verdi. Yeni tətbiqlə hüquqi şəxslər və fərdi sahibkarlar bank əməliyyatlarını artıq öz smartfonları vasitəsilə həyata keçirə bilərlər. Həm iOS, həm də Android istifadəçiləri üçün nəzərdə tutulan “Müştəri Bank Mobile” ən son istifadəçi təcrübəsi və dizayn tendensiyaları nəzərə alınaraq yaradılıb.

Yeni tətbiq vasitəsilə hüquqi şəxslər və fərdi sahibkarlar cari hesablar, kartlar, imza gözləyən əməliyyatlar, sərəncamlar, köçürmələr haqqında məlumatlar əldə edə bilərlər. Həmçinin, “Müştəri Bank Mobile” ilə əməliyyatları imzalamaq, onlar barədə bildirişlər almaq, müxtəlif köçürmələr yaratmaq və digər əməliyyatlar yerinə yetirmək mümkündür. Tətbiqdən hazırda yalnız Müştəri Bank-ın desktop versiyasından qeydiyyatdan keçənlər faydalana bilər. Tətbiqin funksionallığının yaxın gələcəkdə artırılması nəzərdə tutulur.

Qeyd edək ki, Müştəri Bank-ın desktop versiyası vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.//axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram