Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sabirabadda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb

24-06-2021, 10:19

Sabirabadda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Şəhriyar kənd sakinləri Binyamin Hüseynov və Cəfər Cəfərov saxlanılıb. B.Hüseynovun kənd ərazisində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman 66 ədəd aqrotexniki qaydada yetişdirilmiş çətənə bitkisi və 8 kiloqram qurudulmuş marixuana, C.Cəfərovun evinə baxış keçirilən zaman isə 9 ədəd çətənə bitkisi və 2 kiloqramdan artıq qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram