Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şəhidimizin tarixə düşən son tövsiyyələri - VİDEO

Şəhidimizin tarixə düşən son tövsiyyələri - VİDEO
25-06-2021, 15:43 154 dəfə baxılıb

Şəhidimizin tarixə düşən son tövsiyyələri - VİDEO

DogruXeber.az: - "Bir gün hamımız öləcəyik. İstər yaxşı, istər pis, istər varlı, istərsə də kasıb. Allaha qurban olum, kimin alnına nə yazılıb odur. Çalışaq mehriban olaq, birlik olmağı bacaraq."

Bu sözləri ölümündən əvvəl şəhid Daşqın Şəfiyev sosial şəbəkədə şəxsi profilində yayımladığı paylaşımında söyləmişdi.

Bəli, "hamımız öləcəyik"- dedi.

Amma, Daşqın Şəfiyev ölmədi. Keçdiyi şərəfli döyüş yolunda atdığı qorxmaz addımları, göstərdiyi igidliyi, müqəddəs amalına sadiqliyi ilə əbədiyyətə qovuşdu.

Daşqın şərəfli gedişi ilə bərabər, sosial şəbəkələrdə etdiyi başqa bir ""Qarabağ da alındı, məni alan olmadı" - deyən xanım, sən gecə-gündüz dua ele torpaqlarımızı sağ-salamat azad edək, yerin altında da olsan, səni tapıb, özüm alacam." - paylaşımı ilə də "yaşlı gözlər altındakı dodaqlarda təbəssüm" əsərini yaratdı.

Şəhidlər ölmür!

Onlar əbədilik zirvəsində əyləşib, uğrunda canından keçdiyi torpağın, xalqın, millətin onlara verdiyi dəyəri, bizlərə əmanət etdikləri ailələrinə qarşı münasibətimiz izləyirlər. Onların əmanətinə sahib çıxmaqla şəhidlərimizin haqqını verə bilməsək də, ən azından ruhlarını sevindirmiş olarıq.

Yeri gəlmişkən 22 avqust 1989-cu il tarixində Rusiyanın Krasnodar vilayətində dünyaya göz açan Daşqın Şəfiyev noyabr ayının 5-də doğma Azərbaycanın bir hissəsi olan doğma Qarabağ uğrunda əbədi olaraq yumdu.

Prezidentin sərancamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimizin məzarı Samux rayonunun Seyidlər kəndindədir.

Allah rəhmət eləsin !

DogruXeber.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram