Tovuzda Qarabağ Qazisi İNTİHAR HƏDDİNDƏ... - Başçıdan ŞİKAYƏT


DogruXeber.az: - “Bu gün özümə qəst etməyi fikirləşirdim, qoca, başsız anam dəyişdirdi fikirimi”. Bu haqda Qarabağ qazisi, Tovuz rayon, Aşağı Öysüzlü kənd sakini Məmmədli Coşqun Baris oğlu tərəfindən göndərilən şikayət məktubunda vurğulanır. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Qarabağ qazisyəm, 10 ildir hərbi xidmətdəyəm. Füzulidə gedən döyüşlərdə yaralanmışam, 11 qəlpə yarası almışam. Hal-hazırda bədənimdə 9 qəlpə ilə yaşayıram. Cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” və “Füzulinin azad olunması” medalları ilə təltif edilmişəm.

5 aydır dəfələrlə Tovuz rayonunun icra başçısı Məmməd müəllimin, onun müavini Niftalı məllimin, qazi və şəhid ailələri üçün yaranan şöbənin müdiri Oruc məllimin, Aşağı Öysüzlü kənd bələdiyyəsi Hikmət müəllimin, icra nümayəndəsi Nazim müəllimin, Cırdaxan kənd bələdiyyəsi Orxan müəllimin yanında olmuşam. Məni qəbul ediblər, ancaq mənə köməklik gostərməyiblər, həmişə “yox” cavabını almışam. Bu gün məni acılayaraq, icra binasından geri göndərdilər.

Mənim istəyim 2 sot torpaqdır, həmişə mənə yerin olmadığını bildiriblər. Amma özüm olan yerlərin videosunu da, şəkillərini də göstərmişəm. Mənə dediklərinə görə, həmin yeri sənədləşdirmək mümkün deyil, amma həmin yerlərdə hal-hazırda ağaclar kəsilir, texnikalar işləyir, tikinti gedir. Amma mən yenə onlarla razılaşıram, fikrimi bildirirəm ki, göstərdiyim yerləri sənədləşdirmək mümkün deyilsə, sizdən xahiş edirəm, mənə yer göstərin, həmin yeri sənədləşdirin. Amma yenə də “yox” cavabını alıram.

Sizdən xahişim odur ki, isıqlandırasınız. Mən sizin qəzet vasitəsi ilə cənab İlham Əliyevə səslənmək istəyirəm. Çünki bu rayonda qaziyə, şəhid ailəsinə hörmət, güzəşt etmirlər.

Mənim son ümidim sizsiniz. Mən bu gün özümə qəsd etməyi fikirləşirdim, qoca, başsız anam fikrimi dəyişdirdi”.

Qarabağ qazisinin şikayəti ilə bağlı Tovuz rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov qazinin ona təklif edilən torpaq sahəsini istəmədiyini bildirib:

“Bu məsələdən xəbərim var. Həmin qazimizi cənab başçı və eyni zamanda mən də qəbul etmişəm. O, sahibkarlıq fəaliyyəti məqsədilə torpaq sahəsinin ayrılmasını istəyir. O, elə yerdən torpaq sahəsi istəyir ki, həmin ərazidən ona torpağın ayrılması mümkün deyil. Ona təklif etdiyimiz torpaq sahələrini də istəmir. Deyir ki, tez bir zamanda torpaq sahəm verilsin”.

Daha sonra Tovuz rayon İcra Hakimiyyətinin Qazi və Şəhid ailələrinin işi üzrə şöbəsinin müdiri Oruc Məmmədovla da əlaqə saxladıq. O da qeyd etdi ki, qazinin istədiyi torpaq sahəsini sənədləşdirmək mümkün deyil:

“Qanuni yolla necə mümkündürsə, həllini tapacaq. Mümkün olan vaxtda torpaq sahəsi ayrılacaq. Heç bir problem olası deyil. Sadəcə, onun istədiyi torpaq sahəsi hazırda verilə bilmir. Ona torpaq sahəsi təklif edilərkən orda iştirak etməmişəm. Mən iki-üç aydır ki, bu şöbədə fəaliyyət göstərirəm. Məndən əvvəl də ona təkliflər olunubdur. Sadəcə olaraq, o, torpaq sahəsini sahibkarlıq məqsədilə istəyir. Həmin torpaq sahəsini də sənədləşdirmək mümkün deyil. Sənədləşdirmək mümkün deyilsə, biz necə qanunsuz yolla torpaq sahəsini ona verə bilərik?” Bu, mümkün deyil”.

Hər halda, inanırıq ki, rayon rəsmilərinin qeyd etdiyi kimi, məsələ tezliklə həllini tapacaq. Ümid edirik ki, Tovuz rayon İcra Hakimiyyəti sağlamlığını Vətən uğrunda fəda edən qazimizə 2 sot torpaq sahəsini çox görməyəcək.//dia.az


Oxunub: 446

Son xəbərlər

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

İsrail İrana hücum etməyi planlaşdırır

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Avropa İttifaqı İrana sanksiyalar tətbiq edəcək

Yasamalın icra başçısı əmək yarmarkasında iştirak etdi - FOTO

Xankəndidə qumbara və avtomatlar tapılıb

SEPAH zabitləri Suriyanı tərk edirlər - SƏBƏB

Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

"Onunla nə edirsən et" deyib, azyaşlı qızını 50 yaşlı kişiyə verdi - Azərbaycanda ŞOK OLAY

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi - FOTO

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sabah 28° isti olacaq

Ədliyyə nazirindən YENİ TƏYİNATLAR

Mövsümi allergiyaya səbəb OLANLAR

Bütün xəbərlər